Lavrov: “Rusiya üçtərəfli bəyanatla bağlı sözünün arxasındadır”

“Nə qədər adam fərarilik edib. Onların xunta başçısı gizlənmişdi bunkerdə. Burnunu belə çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?! Biz Ermənistan ordusunu çökdürdük!”

Azərbaycan prezidenti İlham Əliyev ötən gün işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib. Bildirib ki, əslində Azərbaycan bu müharibədə Ermənistanın indiki başçısını deyil, Qarabağı işğal edib azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş Robert Köçəryan və Serj Sərkisyanı, onların ordusunu məğlub etdi.

“Eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan isə son 2 il ərzində öz ölkəsini məhv edib, sadəcə olaraq fikirləşir ki, necə öz canını qurtarsın erməni xalqının qəzəbindən. Biz Koçaryan, Sarqsyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını belə soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünə vurmusunuz saxta qəhrəman ordenlərini. Çıxardın atın yeşiyə o dəmir-dümürləri. Sizi biz məğlub etmişik, Paşinyan heç kimdir! Sizi – Koçaryan və Sarqsyan! Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik. Sizin ordunuzu biz məhv etmişik!”, – o qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button