Lavrov: “Ümid edirik ki, bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək”

“Ümid edirik ki, Moskvadakı bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

“Sonuncu görüşümüz uzun müddət qabaq olub. Çox sayda yeni mövzu yaranıb. Ümid edirəm ki, bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək və sizin birbaşa dialoqunuz əlavə nəticələrin əldə olunmasına kömək edəcək”, – o vurğulayıb.

“Üçtərəfli formatda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı bütün müzakirələrə nəzər salmağı və Rusiya Federasiyasının bunu asanlaşdırmaq üçün istifadə edə biləcəyi imkanları nəzərə alaraq gələcək addımların razılaşdırılmasını təklif edərdim”, – Rusiya XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatlarda dayanıqlı həllə nail olmaq üçün “yol xəritəsi” var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button