Ledi Qaqa: “Mən haradayam?..”

ledi qaqLedi Qaqaya harada olduğunu anlatdılar

xural.com  xəbər verir ki, Ledi Qaqa özünün instaqram səhifəsində, “Mən haradayam?” sualını verib. Bu vaxt Azərbaycanda olduğu dəqiqləşən müğənnini fanatları onu irad atəşinə tutublar. 30 min təqibçinin iradı ilə üzləşən Ledi Qaqa cavab yazmaqda çətinlik çəkib. Bunu hiss edən Azərbaycanlı fanatlar, etiraz əlaməti olaraq, hər rəydə “Azerbaijan” yazıblar.

Düzdür Ledi qaqadan daha çox profildə maklerlər, internet ticarətçiləri də faydalanıblar. Bununla belə, azərbaycanlılar Ledi Qaqaya harada olduğunu anlatmağı bacarıblar.

 “Bakı 2015” I Avropa Oyunları mərasimində baş tutan çıxışdan sonra Ledi Qaqa instaqram səhifəsində bunları yazıb: “Bir neçə dəqiqəlik də olsa, bütün dünya qarşısında çıxış etmək necə də böyük şərəfdir. Tamaşaçılarla möhtəşəm vaxt keçirdim. Bu, sanki dostlarımla yataq otağımda yığışıb mahnı oxumağa və həyatı daha sadə qəbul etməyə oxşayırdı”.

Xatırladaq ki, Azərbaycana “Bakı 2015” I Avropa Oyunlarında çıxış etmək üçün gələn Ledi Qaqa bir neçə gündür ki, Bakının otellərindən birində saxlanılıb.

Mərasimin britaniyalı əlaqələndiricisi Katerina Uqvu Associated Press agentliyinə deyib ki, Ledi qaqanın burada olduğunu gizlədərək, işləmək çox çətin olub: “o bizimlə çox nəzakətli davrandı və mərasimə qədər oteldən çıxmamaq şərtlərini qəbul etdi.”

İyunun 12-də Milli Olimpiya Stadionunda baş tutan açılış mərasimində müğənni fortopianonun müşayətilə Con Lennonun “Imagine” mahnısını ifa edib. Müğənninin ifası proqrama salınmadığı üçün tamaşaçılar üçün gözlənilməz olub.

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button