Ledi Qaqaya verilən pullar “kommersiya sirri” imiş…

azad rehimov“Kommersiya sirri” o zaman bağlanan müqavilənin əsas şərtlərindən biri ola bilər ki, tərəflərin heç biri dövlət büdcəsindən maliyyələşməsin. 

Nazir Ledi Qaqaya verilən pullardan danışdı

Gənclər və idman naziri Azad Rəhimov məşhur müğənni Ledi Qaqanın Avropa Oyunlarının açılış mərasindəki ifasına görə 2 milyon dollar qonorar alması haqda yayılan xəbərlərə münasibət bildirib.

xural.com -un azvizion.az-a istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, Ledi Qaqaya ödənilən məbləğ kommersiya sirridir:

“Ledi Qaqa ilə müqavilə imzalanmışdı. Razılaşmaya görə, aldığı qonorar kommersiya sirri kimi gizli saxlanılmalıdır. Onu nə biz açıqlaya bilərik, nə də Ledi Qaqa”.

Nazir bir tək onu bildirib ki, deyildiyi kimi Ledi Qaqaya 2 milyon dollar qonorar verilməyib: “Qonararın məbləği o qədər olmayıb”, – deyə Azad Rəhimov bildirib.

Qeyd edək ki, “Eurosport” saytı Ledi Qaqanın Bakıdakı çıxışı üçün 2 milyon dollar pul aldığını iddia edib.

Analitiklər isə, hesab edirlər ki, dövlət büdcəsi hesabına bu tip tədbirlərə xərclənən vəsaitləri “kommersiya sirri” adlandıraraq, cəmiyyətdən gizlətmək AR qanunlarına ziddir. “Kommersiya sirri” o zaman bağlanan müqavilənin əsas şərtlərindən biri ola bilər ki, tərəflərin heç biri dövlət büdcəsindən maliyyələşməsin. Bu halda isə nazirin özü bir neçə gün əvvəl dövlət büdcəsindən olimpiyada tədbirləri üçün ayrılan vəsaitdən danışmışdı.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button