Lenindən ibrət götürün…

“AXC hökumətində real və məntiqli yeganə şəxs Pənah Hüseynov idi”

Nazirləri müalicə etmək lazımdır – onlar mənəvi və əxlaqı xəstələrdir

“Facebook”da bir-biri ilə boş-boş danışıqlar aparmaqla işini məhdudlaşdıranlar heç vaxt inqilabı hiss etməyəcək”

Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin “Qafqazinfo”ya və “Yeni Müsavat” qəzetinə müsahibəsi:

– Azərbaycanda son həftələr keçirilən razılaşdırılmamış aksiyalara və bu zaman müxalifətçilərin həbsinə, barələrində cinayət işi başlamasına münasibətiniz necədir?
– Bilirsiniz, istənilən ölkədə dövlətçiliyin əsas şərtlərindən biri, vətəndaşları qanunları pozmağa yol verməməkdir. Əgər qanunlar vətəndaşlar tərəfindən pozulursa ölkənin bu qanunları pozanlara qarşı tədbir görmək üçün yaratdığı güc orqanları var. Əgər qanun, xüsusilə konstitusiya qanunları mütəmadi, hökumətdə vəzifədə olan vətəndaşlar tərəfindən pozulursa və vəzifəsi ancaq qanunların keşiyində durmaq olan inzibatı və məhkəmə orqanları heç bir reaksiya vermirsə, tamamilə deformasiya etdirilməmiş cəmiyyətin, etirazlarını mitinqlər, iğtişaşlar, inqilablar şəkilində meydana qoyması labüddür. Cəmiyyətlərin qədimdən tutmuş bu günə qədər keçdiyi tarixdə proseslər həmişə belə inkişaf edib və edəcək. Bu aksiomadır, sübuta ehtiyacı yoxdur.

İnsanların haqlarının mütəmadi pozulduğu ölkədə inqilablar bu gün baş vermirsə, o demək deyil ki, sabah da baş verməyəcək. Əsası odur ki, hökmən baş verəcək. Qarşısını heç bir repressiv metodlarla və ya ayrı-ayrı təbəqələrin pulla alınması yolu ilə almaq mümkün deyil. Prosesi ləngitmək olar, dayandırmaq yox. Bu proses repressiyalar yolu ilə nə qədər ləngidilirsə, bir o qədər də ağır nəticələrlə partlayır. Bir neçə ildir mən vətəndaş cəmiyyətinin yaradılmasının zəruriliyindən danışıram, təşəbbüs sözsüz ki, hökumət tərəfindən olmalıdır. Ancaq təəssüf ki, məhəl qoyan yoxdur. Ya vətəndaş cəmiyyətinin əhəmiyyətinə düzgün qiymət verilmir , ya da ətrafdakı bir neçə öz maraqlarını xalqın maraqlarından qat-qat üstün tutanların fikirləri üstələyir. Bir daha demək istəyirəm. Vətəndaş cəmiyyətini ölkədə çoxluğun azlığı eşitmək qabiliyyətinin olub-olmaması müəyyənləşdirir. Əgər azlıq çoxluğu eşitmək istəmirsə bu revalyuson situasiyadır.

Konstitusiyada insanların azad etiraz mitinqləri keçirmək haqları var, yazılıb. Hər hansı bir mer, icra başçısı insanlara bu hüquqlarından istifadə etməyə heç bir variantda qadağan qoya bilməz. Qadağa, ancaq Konstitusiyada dəyişiklik etdikdən sonra baş verə bilər. Məsələn, yazılmalıdır ki, mitinqlərin keçiriləcəyi yerləri və vaxtı ancaq hökumət müəyyənləşdirir. Və ya yazmaq olar ki, başqalarının asayişini qorumaq üçün mitinq keçirilən meydanlar tikanlı məftillərlə əhatəyə alınır və s. Hökumətin böyük təcrübəsi var, referendum keçirib Konstitusiyada bu dəyişikləri edə bilər. Belə bir dəyişikliksiz, insanların asayişi naminə və s. səbəblərin gətirilməsi ritorikadır, əslində, Konstitusiya qanununun kobud şəkildə pozulmasıdır. Konstitusiyada, vəzifələri respublikanın qanunlarının aliliyini təmin etmək olan inzibatı orqanların qanunu kobud şəkildə pozmuş şəhər administrasiyasına qarşı cinayət işi qaldırması əvəzinə, mitinq iştirakçılarını həbs etməsi bir daha qanun pozuntusundan başqa bir şey deyil. Əslində, prokurorluq “insanların mitinq keçirmək hüququnu pozub, mitinqçiləri provokasiyaya çəkdiyinə görə’’ şəhər administrasiyasına qarşı cinayət işi qaldırmalıdır. Proses aşağıdakı şəkildə getməlidir. Mitinqin təşkilatçıları mitinqin keçirilmə məqsədini, vaxtını və yerini şəhər administrasiyası ilə razılaşdırmalıdır. Yer məsələsi müzakirə obyekti ola bilər. Yəni mitinqçilərin elan etdikləri mitinqçilərin sayı tələb etdikləri əraziyə yerləşmirsə başqa yer seçilməlidir. Xahiş edilmiş saydan artıq mitinq iştirakçıları olmamalıdır, elan olunan vaxt başlamalı və qurtarmalıdır. Məsələn, Nərimanov kinoteatrının qarşısında mitinq keçirmək istənilirsə 3 mindən artıq mitinqçi ola bilməz.

Bu yaxınlarda İngiltərədə vətəndaşların sosial problemlərlə əlaqədar etiraz mitinqi keçirildi. Mitinqdə 3 milyona yaxın adam iştirak edirdi. Gündə 1 milyon turist gələn dünyanın 5 əsas şəhərindən biri olan Londonun bütün küçələri mitinqçilər tərəfindən bağlanılmışdı. Bir nəfər belə londonlu tapılmadı desin ki, bizim asayişimiz pozulub. Gündə cəmi min turisti olan Bakı şəhərinin asayişini 300-500 mitinqçinin küçələrə çıxması pozursa 10 minə yaxın çinovnik işlədiyi Bakı şəhər administrasiyası hansı haqla bu vəzifəni tutmaqda davam edə bilər? Etiraz mitinqləri insanların asayişini pozmur cənablar, onlara insan olduqlarını təkrar-təkrar xatırlatmaq istəyir. Əgər cəmiyyətdə müxtəlif problemlərə etiraz olaraq mitinqlər keçirilmirsə, o ölkədə əsl asayiş heç vaxt ola bilməz. O ölkədə vəzifədə olan kiçik bir çinovnik də istənilən vaxt insanların hüquqlarını pozacaq. Asayiş, korrupsiya və rüşvət hər bir evə girəndən yoxa çıxır.

5-10n gəncin istefa çığırmasından asayişi pozulan azərbaycanlılar, necə top-tüfəng atəşləri altında gedib işğal olmuş torpaqlarını azad edəcək?!

– Mitinqləri Azərbaycanda hər hansı inqilabi prosesin başlanğıcı kimi dəyərləndirmək olarmı?
– Azərbaycanlıların – mən də içərilərində olmaqla – ən çatışmayan cəhəti, keçmişi analiz edib nəticə çıxartmaqda özlərini əziyyətə salmaq istəməməsidir. Axırıncı izdihamlı mitinq 1990-cı ilin yanvarında, yəni 21 il bundan öncə olub. Ondan sonra ancaq 1994-cü il oktyabrında hökumətin təşkil etdiyi mitinqdə 1 milyona qədər adam iştirak edib. Sonralar 2003 və 2005-ci illərdə iştirakçısı 100 minə yaxın 2 və ya 3 mitinq keçirmək mümkün olmuşdur. Həmin illərdə keçirilən icazəsiz mitinqlər indi keçirilənlərdən qat-qat güclü idi və həbs edilənlərin də sayı qat-qat artıq olurdu. İlk növbədə sual olunmalıdır, prosesin inqilaba çevrilməsi üçün hansı yeni işlər görülmüşdür? Analiz göstərir ki, gedən proseslər sözsüz ki, heç bir inqilaba gətirib çıxarmayacaq. Çünki tək atılan fiziki addımlarda yox, fikir, məqsəd, plan və proqramda heç bir yenilik olmaması bir tərəfə əlavə xaotiklik var. 8 ildir sübut etməyə çalışırlar ki, mən Amerikadayam, hadisələri yaxından izləyə bilmirəm, hökumət özü qoyub qaçacaq, bu gün sabahlıqdır. Mənim hökuməti qaçmağa məcbur edən heç olmazsa bir səbəb göstərmək xahişimə əlbəttə, cavab yoxdur. İndi hansı səbəbdən bu kövrək addımların inqilaba çevriləcəyini izah edə biləcək bir şəxs tapıla bilərsə, çıxsın meydana, izah etsin və nəticə ilə sübut etsin ki, biz bir şey bilmirik. Yeganə göstərilən səbəb əksəriyyətin hökumətdən narazı olmasını deməkdir. Cənablar, əksəriyyətin narazı olması ilə inqilabi vəziyyətin olması arasında böyük fərq var.

Proses aşağıdakı ssenari ilə inkişaf edəcək. Çox ehtimal ki, mayın axırına qədər bir və ya iki icazəsiz mitinq keçirmək cəhdi olacaq. Olmaya da bilər. Sonradan elan olunacaq ki, yaydır, istilər düşüb, camaatın həvəsi yoxdur. Ola bilər sentyabrda bir cəhd də olsun, sonra da qış gələcək.

Guya xalqı ruhlandırmaq üçün yalan proqnozlar vermək, “hökumət qorxub, müxalifətlə danışıqlar aparmaq üçün cəhdlər edir”, “6 nazir yerini müxalifətə təklif edəcək” kimi fikirləri səsləndirmək, ola bilər 5-6 zəif düşünən adamları ruhlandırsın, bütövlüklə hərəkatın inkişafına ölümcül zərbə vurur. Dediyim proqnoz indiki hərəkətlərin gələcəyinə aiddir.

Ancaq bu o demək deyil ki, başqa gözlənilməz variantlar ortaya çıxmaya bilər. Azərbaycanda stabilliyin pozulması və inqilabın baş verməsi üçün kifayət qədər səbəblər var. Bunlar sualtı qayalar kimidir. Gəmi təsadüfən toxunur.

– Azərbaycanda yenidən irimiqyaslı mitinqlərin keçiriləcəyini gözləyirsinizmi?
– 1988-ci ildə Nemət Pənahlının təşəbbüsü ilə təşkil olunmuş kiçik bir mitinq (ermənilərin Dağlıq Qarabağ iddiaları əsas səbəb idi) 2 günə böyük bir vüsət almışdı. Birinci mitinqlərin aparıcıları Nemət Pənahlı, Sabir Rüstəmxanlı və Sirus Təbrizli idi. Xalq Cəbhəsinin nümayəndələri Əbülfəz bəy, Etibar Məmmədov, İsa Qəmbərov, Rəhim Qazıyev və başqaları təqribən bir həftədən sonra mitinqlərin işində aktiv iştirak etməyə başlayıblar. 1992-ci il 15 may hadisələrinin baş verməsi və Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi də bir neçə gün əvvəl Azərbaycanın incisi sayılan Şuşanın ermənilər tərəfindən işğal olunması oldu. Müqavimət göstərmək istəməyən Ayaz Mütəllibov hökumətini 2 minə yaxın mitinqçi-yürüşçü yıxdı. Faktiki heç bir mübarizə aparmadan hakimiyyətə gəlmiş heç bir təcrübəsi olmayan xalq cəbhəçiləri sözsüz, saysız-hesabsız səhvlərə yol verdilər. İlk növbədə dövlət aparatında məsul vəzifələrin hamısını nəinki heç bir təcrübəsi olmayan, sadəcə cəmiyyətdə özünü aparmağın elementar qaydalarını bilməyən adamlara verdilər. Xalq Cəbhəsi hakimiyyətinin süqutunda da əvvəl Kəlbəcərin işğalı, sonradan ermənilərin Füzuli, Cəbrayıl rayonlarında aktivləşməsi təkan verdi.

Mən 15 gün bu komanda ilə işləmişəm. İçərilərində real və məntiqlə düşünməyə cəhd edən yeganə şəxs Nazirlər Kabinetinin sədri Pənah Hüseynov idi. Ancaq o qədər primitiv hərəkətlər edirdi ki…

Türkiyənin istənilən variantda Azərbaycanı müdafiə edəcəyinə fanatikcəsinə inanan, yerini ölkə daxilində möhkəmlədə bilməmiş cəbhəçilərin, Rusiyanın əleyhinə apardığı açıq-aşkar siyasətini məntiqsizliyin zirvəsi hesab etmək olar.
Əlbəttə, perspektivli gənclər də var idi… Əli Kərimov, Fazil Qəzənfəroğlu…
Bu bir komanda sayılan şəxslər bir-birilərinə nifrət edir, hərə közü öz qabağına çəkmək istəyirdi. Kim icra başçılarına rəhbərlik edəcək, nazirlər kimə daha çox tabedir, kadrları kim qoyacaq məsələlər aralarındakı döyüş obyektləri idi.

1994-cü ildə keçirilən milyonluq mitinqi hökumət təşkil etmişdi və mitinq əvvəlkilərdən fərqli olaraq Azərbaycanın dövlətçiliyini qorumağa həsr olunmuşdu.

Sual olunur nə üçün mən bu keçmişdə baş verənləri qabardıb bir daha xatırlatmaq istəyirəm. Çünki keçmişdə buraxdığı səhvləri analiz etməyənlərin gələcəyi ola bilməz. 1988-ci ildə başlayan mitinqlərin təşkil edilməsində rollarını şişirdib artıq özləri də inanmış o vaxtkı və indiki liderlər həmişə “bəlkə də qaytardılar” xəyalpərəstiklərindən ayrıla bilməyəcəklər. 1998-ci ildən bir neçə dəfə ictimai palata tipli, ancaq ondan qat-qat güclü təşkilatlar yaradılıb. Proseslər isə aktivliyin azalması istiqamətində davam edib.

– Sizin fikrinizcə, Azərbaycanda gedən proseslərə, müxalifətin kütləvi aksiyalarına və irəli sürdüyü tələblərə beynəlxalq dəstək varmı?

– Xarici ölkələrin Azərbaycanda gedən proseslərə münasibəti praktiki sıfıra bərabərdir. Çünki sadəcə olaraq münasibət bildirməyə proses yoxdur. Xarici ölkələr bu və ya başqa proseslərə münasibəti iki formada bildirilir.

Birinci, deklarativ formada. Yəni məsələn, ABŞ demokratiyanı dəstəkləyir. İnsanların azad mitinq keçirmək hüquqları var və s. Bu, ştampdır. ABŞ-ın səfirləri Azərbaycan xalqının yaxşı tanıdığı səfir Eskuderodan tutmuş bu günə qədər bu deklarativ münasibəti bildirir, deyərdim ki, indi daha mülayim formada, nəinki onda.

İkincisi, arxasında real addımın atılacağı gözlənilən xəbərdarlıq formasında. Belə xəbərdarlığı səfirlər yox, ya Amerikanın dövlət departamentinin başçısı, ya da prezident edir. Xəbərdarlıq ölkə daxilində müxalifətin real gücünün olduğu, onsuz da rejimi devirəcəyi açıq-aydın görsənəndə işə salınır. Misirdə əvvəl ABŞ Mübarəki dəstəklədiyini açıq-aşkar bildirirdi. Bir həftədən sonra müxalifətin gücü Amerikanı Mübarəkə təzyiqlər etməyə məcbur etdi.

Misir tipli onlarla ölkələrdə ABŞ-ın səfirlikdən başqa bütün kəşfiyyat idarələri işləyir, məşhur institutların tanınmış alimləri analizlər edir, yəni ölkədə gedən proseslər barədə geniş informasiya olur. Azərbaycan tipli kiçik ölkələrdə əsasən, səfirliyin informasiyası əsasında fikir formalaşır.

İnsanların bir çoxu düşünür ki, Amerikanın hər şeydən xəbəri var, istənilən vaxt məsələlərə qarışacaq və s. Əslində, bu, belə deyil. İran islam inqilabına 2 gün qalmış ABŞ şah rejiminin yıxılmasının qeyri-mümkün olduğunu deyirdi. Dövlət departamentində Azərbaycanla məşğul olan bir çinovnik var, o da həmişə gəncdir, diplomatiya professiyasında ilk addım atanlardandır. Avropa ölkələrində heç o da yoxdur. Bu ölkələrin Azərbaycanda demokratiyanın bərpası üçün strateji proqramı yoxdur, daha çox deklorativ xarakter daşıyır.

– Ümumiyyətlə, son aylarda əsasən müsəlman ölkələrində baş verən inqilabları necə dəyərləndirirsiniz? Tunis və Misirdə baş verənlər Azərbaycanda da təkrar ola bilərmi?

– Fikrimcə, baş verən inqilabların müsəlmançılıqla elə bir əlaqəsi yoxdur. İnqilablar totalitar və yüksək korrupsiyalı ölkələrdə baş verib və yayılmaqda davam edir. Xristian aləmində Belarusiya tipli bir neçə ölkələri nəzərə almasaq, totalitar rejimlər yox dərəcəsindədir. Korrupsiyaların müxtəlif formaları var. Paradoks olsa da mütləq diktatura rejimlərində korrupsiya, avtoritar rejimlərdən daha aşağı səviyyədədir. Total korrupsiya ancaq avtoritar rejimlərdə ola bilər. Avtoritar rejim demokratiya paltarı geymiş diktaturadır. Avtoritar rejimlərdə korrupsiya və rüşvətin bütün çinovliklər tərəfindən total həyaya keçirildiyi üçün, inqilablar belə rejimli ölkələrdə daha tez baş verir. İnqilab baş vermiş ölkələrlə Azərbaycan arasında oxşar cəhətlərlə yanaşı, kifayət qədər fərqlər də var.

İnqilabın mərkəzi sayılan Tunis və Misir vətəndaşları yüksək intellektual səviyyəsinə görə qonşularından fərqlənirlər. Bu ölkələrdəki rejimlər məsələn, Suriya tipli ölkələrdən fərqləndiyi üçün xaricə oxumağa gedənlərin sayı müqayisədə on dəfələrlə artıq olub, həmişə, azı son 30 ildə. Məsələn, Azərbaycandan tutaq ki, ildə təqribən 500 uşaq xaricə oxumağa gedir və onların maksimum 5-i Azərbaycana dönür yerdə qalanlar xaricdə hətta fəhləlik etməyə üstünlük verirlər, nəinki Azərbaycana dönməyə.

Birinci dünya müharibəsindən sonra İngiltərə və ya Fransanın protektoratlarına çevrilmiş şərqin müsəlman ölkələrinin uşaqlarının əksəriyyətinin bu ölkələrdə və ya ABŞ-da təhsil almaq imkanları var. Və bu tələbələrin təqribən 90 faizi yenidən öz ölkələrinə qayıdırlar. Bu, çox böyük rəqəmdir. Məsələn, Misir üçün bu rəqəm Azərbaycanın 5-i ilə müqayisədə 10 minlərdir. Və onların da təqribən 70 faizə yaxını müəyyən firmalarda, xüsusilə turist firmalarında çalışırlar. Bu gənclər mobildir, az da olsa pulları var.

Tunisdə, xüsusilə Misirdə güclü partiyalar var. Tunisin daxilində mövcud olan 2 güclü partiya ilə yanaşı, onlardan da güclü Fransada müxalifətin güclü mərkəzi var və ölkədə gedən proseslərə təsirləri daha güclü idi.

Vəzifədə olanların arasında ölkənin gələcəyini reformalarda görən azı 20 faizə yaxın çinovniklər ordusu var idi və onlar bu dəqiqə ölkənin idarə edilməsində ən aktiv rol oynayırlar.

Misirə gəldikdə oradakı azı 4 güclü partiya mövcuddur. Qərbin qorxduğu “Müsəlman qardaşları” partiyası bu gün seçkilər olarsa azı 35 faiz parlamentdə yer ala bilər. Həmin partiya 2005-ci ildə Buş hökumətinin demokratik seçkilər keçirmək təzyiqinin nəticəsində, saxtalaşdırmağa baxmayaraq 400 yerlik parlamentdə 88 deputat yeri götürə bilmişdi. 2010-cu ildə Mübarək Obama hökumətinin rejimə loyal münasibətindən istifadə edib seçkilərdə saxtalaşdırmağı yenidən bərpa edib “Müsəlman qardaşları” partiyasına cəmi 5-10 yer verdi. Ancaq “Müsəlman qardaşları”nın təşkil etdiyi etiraz mitinqləri 2010-cu ilin dekabr ayında ölkəni laxlatdı. Mübarək 2-ci tur keçirməyə məcbur edildi. “Müsəlman qardaşları”na 50-yə yaxın deputat yeri verildi. Ancaq rejim artıq laxladılmışdı, tam süqutuna cəmi bir ay qalırdı. Bu proseslərin heç biri gözlənilməz və göydən düşmə deyildi. Mitinqlərin keçirilməsi vaxtı Misir partiyaları hansı səviyyədə təşkilatçılıq qabiliyyətinə malik olduğunu parlaq nümayiş etdirə bildi. Mitinqlərdə həlak olanların dəfn etmə xərcləri, ailələrinə maliyyə köməkliyi saat mexanizmi kimi işləyirdi. Meydanlarda tibbi yardımın təmin olunması, həbs olunanları mənəvi və maddi dəstəklənməsi yüksək səviyyədə həyata keçirilirdi. Çox qısa bir müddətdə intellektualları Misirdə və Tunisdə heç bir dini fundamentalizmin olmadığını dünyaya çatdıra bildilər. Sözsüz ki, gənclərin internetin imkanlarından istifadə edib mobil bir qüvvəyə çevrilməsi güclü faktordur, ancaq həll edici deyildir. Ona görə hər bir ölkədə internetdən istifadə edib inqilab etmək olar eyforiyasına düşməyə dəyməz.

Fransuz revolyusiyasında heç qəzet yox idi. 1917 bolşevik inqilabında televiziya və radio yox idi. 1991 antisovet revolyusiyası da internetsiz baş verdi. Misir və Tunislə müqayisədə korrupsiya və rüşvətdən başqa Azərbaycanla oxşar cəhətlər çox azdır.

Partiyalar zəifdir, alovlu şüarların arxasında praqmatik, sanballı proqram yoxdur, təşkilatçılıq 90-cı illərin səviyyəsində qalıb.

Rüşvətin çiçəkləndiyi təhsil sisteminin xidməti nəticəsində yuxarı səviyyəli intellektuala malik gənclərin sayı kifayət qədər deyil. Ən böyük qəhrəmanlıq polisin qolu burub maşına soxması hesab edilir. Ən acınacaqlı məsələlərdən biri hakimiyyətdən reformalar tələb edənlərin öz sıralarında reforma etmək istəyinin olmamasıdır.

– İctimai Palatanın fəaliyyətini necə dəyərləndirirsiniz və Sizin İctimai Palataya üzv olmanız mümkündürmü?

– Qeyd etmək istəyirəm ki, ictimai palatada mənim sözün əsl mənasında hörmət etdiyim kifayət qədər bütöv, prinsipal, səmimi, ağıllı şəxslər var və məni çaşdıran məsələlərdən biri də bu faktorun olmasıdır. İctimai Palata SİDSUH-dan tutmuş bu günə qədər yaradılan müxtəlif tipli və adlı yaradılmış birləşmələrin ən abstrakt və proqramı olmayanıdır. Gənclərin Misir tipli inqilab edəcəyinə və onların bu prosesdə kənarda qala biləcəyindən təşvişə düşüb tələm-tələsik heç bir proqram yaratmamış “mübarizəyə’’ atılan ictimai palatanın nəyəsə nail ola biləcəyinə şübhə ilə yanaşıram.

İctimai palata yaradılıb, hələki 300 üzvü var, indi ciddi şəkildə bu təşkilatın işini qurmaq lazımdır. Bu palata üçün proqram yazılmalıdır və planı müəyyənləşdirilməlidir. Həmin proqram xalqın müzakirəsinə çıxarılmalıdır. İndiki üzvləri rayonlara səpələnib İctimai Palatanın məramını səbirlə izah etməlidirlər. Bilirəm, deyəcəksiniz bunun finansı haradan tapılacaq, camaatın çörək almağa pulu yoxdur, kim bizə icazə verəcək gedib rayonlarda mitinqlər keçirək? Hər bir partiya özünün azı 10 min üzvü olduğunu vurğulayır. Hər bir üzv 1 manat versə finans məsələsi həll olunar. 1 manatı haradan tapsın, Azərbaycanın gələcəyi naminə bir gün yemək yeməsin, məsələn.

Rayonlarda mitinq keçirmək lazım deyil, sadəcə insanlarla çayxanalarda və
başqa yerlərdə oturub söhbət etmək lazımdır. Bu işi aşağıdan nümayəndələr seçilib İctimai Palata formalaşana qədər davam etdirmək lazımdır.

İndiki İctimai Palata adlandırılan qurum 2010-cu ilin axırında yaradılmış demokratik seçkilər uğrunda müxalifətin birliyindən hansı cəhətlərinə görə güclüdür? Bu qurum xalqın yaratdığı qurumdur deyə biləcək şəxs tapmaq olarmı?

Məqsəd ölkədə demokratiyanın bərpasına nail olmaqdır. Bəs bu məqsədə necə nail olmaq planı da varmı? Doğrudanmı fikirləşirlər ki, 1000-1500 nəfərin mitinq etmək cəhdi bu məqsədə çatmağa kifayət edə bilər?

Misirdə güclü müxalifətlə yanaşı, ölkənin rəhbərliyində azı 20 faiz Mübarək rejiminin intellektual əleyhdarı var idi. Həmin adamlar bu dəqiqə də hökuməti idarə edirlər, hərbiçilərin başçılığı ilə. Xalqın gücünü görən hərbçilər əvvəl neytral qaldılar, sonra xalqın tərəfini saxlamaq mövqeyini seçdilər. Çünki Misir generaliteti ABŞ-da hərbi təhsil alıblar.

Xilaskar rolunda çıxış etmək istəyində olan İctimai Palata görəsən, özünün dayaqlarını nədə görür?

Aydındır ki, belə bir palatanı yaratmağa ictimaiyyəti cəlb etmədən, geniş müzakirələr aparıb, camaatın özünə nümayəndə seçməsinə nail olmadan cəhd etmək mənasız bir işdir. Sadəcə olaraq acı da olsa mən reallığın nədən ibarət olduğunu deyirəm. Bəlkə də bunu reallıq yox, mənim subyektiv fikrim də hesab etmək olar. Əgər bu reallıq olmasa, həqiqətən xalqın gələcəyində İP müəyyən rol oynasa, mən çox şad olaram.

Bu gün mən, hökumətin ictimai palataya qarşı apardığı repressiya siyasətini anlaya bilmirəm. Kütləvi həbsləri başa düşmək çətindir. Hansı səbəbdən hökumət müəyyən bir qrup insanları radikallaşdırmaq istəyir, anlamaq çətindir? İstənilən radikallaşma böyük faciələrin təməlini qoya bilər, hətta taleyi ilə barışmaqda yüksək potensialı olan azərbaycanlılar arasında da.

– İctimai Palatanın perspektivini görmürsünüz?

– İctimai palata barədə fikirlərimi hələ fevral ayında bildirmişdim. O vaxtı özlərini müxalifətin liderlərindən sayanlardan bəziləri – müxalifətin zəif olmasının səbəblərindən biri də belə zəif və cəmiyyətdə heç bir hörməti olmayan adamların özlərini lider elan etməsidir – mənim əleyhimə tənqiddən çox təhqirə oxşayan ifadələr də işlətmişdi. Hətta mənim silahdaşlarımdan da “proseslər gedir, biz qıraqda qalacayıq” deyənlər də var idi.

2006-cı ildən məni bu hökumətin bu gün-sabah qaçacağına inandırmaq istəyirlər. “Hansı səbəbdən hökumət qaçır” sualıma cavab tapa bilməsələr də, “a bəy,  sən Amerikadasan xəbərin yoxdur”la kifayətlənirdilər. Azərbaycanda demokratiyanın bərpası kimi ciddi bir məqsədi qarşısına qoyan şəxslərin, bu qədər qeyri-ciddi münasibətlə yaratdıqları təşkilatla həyata keçirmək olmaz.

– Bir sıra hallarda müxalifətdə yenilənmənin olması ilə bağlı təkliflər irəli sürülür. Bu təklifi necə qiymətləndirirsiniz?

– Nəsillərin bir-birini əvəzetmə prosesi həyatın əsas qanunudur. İndiki müxalifətdə olanlar da vaxtilə indiki cavanlar kimi gənclər olublar. İndiki gənclər düşünür ki, hər şey qabaqdadır, indikilərin yaşına çatana qədər dağı dağ üstə qoyacaqlar. Gənc olanda hamı elə düşünür. Ancaq bu səhv ideyadır, nə vaxt yaşa dolduğunuzu hiss etməyəcəksiniz. Bir də ayılacaqsınız ki, hələ də həmin sınmış arabanın yanındasınız. Mənim məqsədim bugünkü müxalifət liderlərini tənqid etmək deyil. Sadəcə olaraq gənclərə, həyatda buraxdığın səhvlərə düzgün qiymət verməməyin hansı nəticələrlə gətirib çıxartdığını izah etmək istəyirəm.

Bu günə qədər yaxın keçmişdə buraxdığı səhvlərə qiymət verən şəxsə rast gəlmək mümkün deyil. Çörçili, Ruzvelti və başqalarını qoyaq qırağa, heç olmazsa bolşevik Lenindən ibrət götürmək olar “Bir addım irəli, iki addım geri’’ əsərinə görə.

Azərbaycanlılar son 30 ildə bir dəfə də olsun həyat səviyyəsinin ağırlığına və ya seçkilərin saxtalaşdırılmasına görə kütləvi mitinqlərə çıxmayıblar. Azərbaycanlıların mentalı fərqlidir. Əgər müxalifətdən olanlar soruşursa yaşamağın dözümsüzlüyündən şikayət etmək və hökumətin əleyhinə danışmaq, əgər hökumətdən olanlar soruşursa hər şeyin yaxşı olduğunu deməkdir. Mən indi izah etmək istəmirəm belə bir mentalitetin formalaşanda hansı tarixi hadisələrin rolu olub.

Bu o demək deyil ki, hökumətdən narazılıq edənlərin hamısı sabah mitinqə çıxacaqlar. Demokratik ölkələrdə də hərdən əhalinin 70 faizi hökumətin apardığı siyasətdən narazı olduğunu bildirir. Bu yaxınlarda İngiltərədə 3 milyon adam küçələrə çıxıb hökumətin siyasətinə etirazını bildirdi, normaldır.

Dünya alimlərinin yaratdıqları insanların həyatı ilə bağlı universal kriteriyalara söykənmiş “həyatından razısanmı’’ indeksinin əsasında da ölkələrin yeri müəyyənləşdirilib. İnsanların çoxunun həyatından razı olduğu ölkələrə Danimarka başçılıq edir. Əhalinin 72 faizi həyatından razıdır. Azərbaycan əhalisinin 10 faizi həyatından razı olduğunu bildirib, axırıncı 15 ölkələrin arasındadır. Ona görə də camaatın Azərbaycanda xoşbəxt yaşadıqlarını iddia edənlər düzgün danışmırlar. Ancaq xoşbəxtlik də nisbidir, sovet dövründə bir-iki kilo ət tapanda insanlar özünü xoşbəxt hesab edirdilər.

– İndi müxalifət “facebook”da daha aktiv mübarizə aparır…

– Son 10 ildə internetin beyinlərdə yaratdığı inqilabın masştabını qiymətləndirmək asan məsələ deyil. İnternet planeti bir ölkə masştabında balacalaşdırıb. Belə bir şəraitdə izolyasiyada yaşamaq şansı aradan götürülüb. Ancaq internetin gücünü facebookda, bloqlarda bir-biri ilə boş-boş danışıqlar aparmaqla məhdudlaşdıranlar heç vaxt bu inqilabı hiss etməyəcək. İnternetin imkanlarından istifadə etməklə, firmalarda işləyənlərin 50-60 faizinin iş yerlərinin öz evləri olacağına çox da qalmayıb.

İnternet əsrində bir ölkə daxilində, xüsusi ilə Azərbaycan kimi kiçik ölkələrdə izolyasiyada, rusların dediyi kimi suveren qaydalarla yaşamaq şansı çox qısa bir müddətdə itiriləcək. Sözsüz məhdud informasiyalı və ya informasiya qəbul etmək qabiliyyətini itirmiş başlara, dünyanın dəyişdiyini çatdırmaq asan məsələ deyil.

– Azərbaycanda korrupsiya ilə mübarizə başlayıb. Bu prosesi necə qiymətləndirirsiniz?

– Müxalifəti güclü olmayan ölkə heç vaxt güclü ola bilməz. Dövlət yaratmağın əsas şərtlərindən biri, ölkədə müxalifətin yaranıb inkişaf etməsinə kömək etməkdir. Əgər müxalifət zəifdirsə və ya yox dərəcəsindədirsə xalqın gələcəyini düşünən hökumətin başında duran lider və ya komanda bu işi öz üzərinə götürməlidir. Məsələn, ABŞ-da 1787-ci ildə birinci prezident seçiləndən bu prosesə başlayıblar və artıq 1800-cü ildə kifayət qədər güclü müxalifət mövcud idi. Dünyanın BMT-ı tərəfindən qeydə alınmış 166 ölkəsindən 79–u demokratik ölkələrdir. İnsanların azadlığı və həyat səviyyəsinə görə də bu ölkələr aparıcı ölkələrdir.

Dünyada demokratiya indeksi və ya kriteriyası deyilən məfhum var. Onu dünyanın tanınmış hüquqşünas alimləri və politoloqları hazırlayıblar. Yüksək intellektin məhsuludur. Burada Nobel mükafatındakı kimi lobbiçilik etmək, tərəf tutmaq qeyri-mümkündür. Absolyut obyektivdir. Həmin kriteriyaya görə 79 demokratik, 32 hibrid (yəni demokratiya ilə avtoritarlığın qarışığı) və 55 avtoritar rejimlər mövcuddur dünyada. Planetin əhalisinin 49 faizinin yaşadığı demokratik rejimli ölkələr, dünya məhsul istehsalının 90 faizini verir. Avtoritar rejimli ölkələrdə isə 37 faiz əhali yaşayır. Onların payına isə cəmi 8 faizə yaxın istehsal payı düşür.

Bu aksiomadır ki, demokratik rejimlərdə yaşayanların həyat səviyyəsi azı 5 dəfə avtoritar rejimlərdə yaşayanlardan üstündür. Həmin 79 ölkənin arasında nümunə üçün bir ölkə belə tapmaq mümkün deyil ki, orada zəif müxalifət olsun. Ölkənin inkişafı güclü dövlət strukturları ilə yanaşı, güclü müxalifətin olmasını tələb edir. Gərək hökumət hər dəqiqə müxalifətin nəfəsini arxasında hiss edə.

Əgər söhbət korrupsiya ilə mübarizədən gedirsə, güclü müxalifət olmadan buna necə nail olmaq olar? Gərək hər bir nazir və məsul işçilər, onların əbədi olmadığını qəbul edə və bilə ki, 5 ildən sonra başqa bir komanda gəlib onun bütün cinayətlərini aşkarlaya bilər. Belə bir şəraitin olmadığı cəmiyyətdə maaşı ayda min manat olan nazir 20 milyon manatlıq toy mərasimi keçirər və utanmaz. Bu tipli adamları nəinki nazir qoymaq olmaz, onları müalicə etmək lazımdır, mənəvi və əxlaqı xəstələrdir. Az qala bir milyon qaçqını olan ölkədə belə işi görməkmi olar?

Azərbaycan avtoritar ölkələr siyahısındadır və korrupsiyanın səviyyəsinə görə liderlər qrupuna daxildir. Korrupsiyanın qarşısı deklorativ bəyanatlarla və ya bir neçə ikinci üçüncü dərəcəli məmurların işdən azad edilməsi ilə alına bilməz. Çin Xalq Respublikasında ildə yuxarı eşalonda işləyən məmurlardan korrupsiyaya görə 10-larla adam asılır, ancaq korrupsiya yaşayır. Ölkədə güclü müxalifət, müstəqil məhkəmə sistemi, müstəqil televiziya radio sistemi olmasa, istər bütün nazir və müavinlərin hamısını birdən azad etsən də onun qarşısını ala bilməzsən.

Ərəb ölkələrində baş verən inqilabı proseslərdən ruhlanan müxalifətin ictimai palatada toplaşan qanadı, eyni proseslərin Azərbaycanda da baş verəcəyinə heç bir əsası olmadan inanır, fantastik bəyanatlar verirlər. Az qala camaat elə bilir ki, Azərbaycanda da o inqilabı Misirdən gəlib edəcəklər. İndiyə qədər müxalifət liderlərinin heç biri ölkədə korrupsiyanın anatomiyasını açmağa cəhd etməyib. Çox ehtimal ki, bilmirlər, deklorativ şüarlar söyləmək isə asandır.

– Rəsul Quliyev niyə aktiv siyasətdən çəkilmiş kimi görünür?

– Mən özümü elə görmürəm.

– Lideri olduğunuz ACP-nin fəaliyyətini gücləndirməyi düşünürsünüzmü?

– Bəli.

– Biz Rəsul Quliyevi Azərbaycanda nə zaman görəcəyik və üz-üzə müsahibə alacağıq?

– Hər halda çox uzun çəkməz.

Əlaqəli məqalələr

1 şərh

  1. Hacı İlqarın İCTİMAİ PALATANI yarı yolda qoyması və ümumiyyətlə Hacı İlqarın çaşqınlığı

    Bir neçə kəlimə Hacı İlqarın son hadisələrdə rolu barədə yazmaq istəyirəm.Hacı İlqarın qardaşım kimi çox sevirəm və onunla Musavat partiyasında 2006 -cı ilə kimi çox görüşlərim olub. Hacıdan yaşca böyük və təcrübəmində çox olduğu üçün həmişə ona tövsiyələr vermişəm.Hacı məni yaxşı tanıyır.2006 cı ildən sonra Hacıyla görüşməmişəm amma onun fəaliyətini həmişə medya vasitəsi ilə izləmişəm.Amma çox əfsuslar olsun ki,Hacı mənim və digər ağsaqqalların heç bir tövsiyəsinə məhəl qoymur.Hacının mənfi xüsusiyyəti odur ki,ətrafında siyasi və dünyada baş verən hadisələri təhlil edəcək insanları saxlamır.Çünki Hacıda özünü yuxarıdan aparma o qədər çoxdur ki,hər şeyi bildiyni və özünün ideal olduğu hislərində boğulur.Buda onu yanlış istiqamətə aparır və problemlər yaradır.Hacı özündən başqa heç kimsənin camaat içərəsində yüksəlməsinə imkan vermir.Özünün ətrafında belə gənc olanda min bir bəhanə ilə həmin gənci uzaqlaşdırır. .Amma Hacı bilməlidir ki,islama xidmət bir nəfərin üstündə qurulmalı deyil.2003 cü il hadisələrindən sonra Hacının ibrət alacağını düşünsəkdə , yenədə Hacı öz bildiyni edir.2033 cü ildə Hacı 6 ay müddətinə həbs edilən kimi, bütün camaat dağılıd.Hacının ətrafında 3000 çox dindar var idi.Bu gün o dindarlardan 500 yaxın adam qalıb və onların çoxuda artıq etiraz etməyə başlamışdır.Bu gün səni 1 aylıq həbs etsələr inan camaatın hamısı dağılacaq.Ona görə ki, səınin mənlik pirnsipin hər şeyi korlayıb.
    Hacının özünü ideal aparması və hər şeyi bu blir və reytinq xəstəliyinə tutulmasını yaxşı bilən Qərb ölkələri ,Hacıdan çox məharətlə istifadə edirlər.
    2003 cü ildə Masonların önəmli nümayəndəsi olan Norveç səfiri Steyner Gil, Hacının zəif nöqtələrini bildiyi üçün , Hacıdan istifadə etdi.Cəımiyyətdə problemlər yaratdı.Hacıya çoxmu lazım idi o zaman Azadlıq Blokuna qoşulmaq.Əlbəttə yox.Amma , Azərbaycanda İnqilab hazırlayan Qərb qüvvələri Hacıdan da xaos üçün istifadə etdilər.Sonunda Hacının ən yaxın dostu Azər Ramizoğlu Norveçə qaçdə və indiyə kimi ailəsindən uzaq Norveçdə yaşayır.
    Gah Amerika ,gah İnqiltərə,gah Almaniya və 2010 dan Fransa ,Hacıdan istifadə etməyə başlayıb.Ay Hacı ya didanr kimi dindar ol. yada siyasətçi kimi siyasətçi.
    İnan heç birindən deyilsən.Bu barədə dəfələrlə səninlə söhbət etmişəm.Sənə başa salmağa çalışdım ki, sən belə səfhlərə yol verəndə sonra aradan çıxırsan və elə bilirsənj bir müddət sonra hər şey unutulur.Amma dərkl etmirsən ki,sənin simanda 12 imam etiqadında,vilayət fəqih etiqadında olan dindar qardaşların ziyan görür.Hamı deyir ki,İranda yüksək təhsil almış din adamı belə edəndən sonra sıravı etiqadda olanlar nə etsin.Sən bu kimi əməllərinlə etiqadımıza zərər vurursan.Qərb ölkələrinin kəşfiyyat orqanlarıda bunu çox yaxşı bilir.Bir gülə ilə iki quş vurma məsələsi kimi.
    Elə zən edirsən ki,sənin reytingin yüksək olanda sən vilayət fəgih etiqadına öz imicinlə daha çox xidmət edəcəksən.Əslində belə deyil.Sənin Avropa şurasında bir neçə şəkil çəkdirmənlə məsələlər həl olunmur.Səndən Qərb ölkələri bu vasitə ilə istifadə edirlər.Hər şeyidə burda yazmaq olmur.Yaxın zamanda səninlə görüşəndə daha ətraflı sənə başa salaram.
    Bir ətrafında baxç gör, mən və mənim kimi imam aşıqləri nəyə görə Qərbin oyunlarına alət olmuruq.Elə bilirsən Qərb bizdən istifadə etmək istəmir.Çox istəyirlər amma biz üz vermirik və oyun oynamırıq.Sən isə elə zən edirəsən ki, onlarla oyun oynayırsan və onlar bunu bilmir? Çox səf yoldasan Hacı.Belə olmaz.İmam Hüseyin axirətdə üzünə baxmayanda peşman olarsan.
    2011 ci ildən İctimai Palataya qoşuldun.Elə zən etdim ki,yenədə ölkədə inqilab olacaq və yeni hakimiyyət qurulanda sənə imkan verəcəklər və səndə vilayət fəqih etiqadında daha çox xidmət edəcəksən.
    Heç belə hissiyatlara qapılma.İnqilabın arxasında Amerika olduğunu hamı bilirdi və bununda baş tutmayacağını görən Ameirka neçə gündür hakimiyyəti tərifləməklə,hakimiyyətlə əlaqələrini bərpa etdi.Arada qalan siz oldunuz.Həmişə belə olub.İnqilab olsaydı belə yenədə Amerika sənə heç zaman imkan verməzdi.
    Sən bəzən o qədər sadəlöf düşünürsən ki, sənə gülməyim gəlir.
    İraqda 1 milyon şiyə etiqadında olan qardaşlarımızı qətl edən Amerika, sənə imkanmı verər ki,sən vilayət fəqih etiqadını Azərbaycanda yayasan.(Yəni inqilab osa və Amerikanın istədikləri hakimiyyətə gəlsəydi).Dünyada xiristiyanlar Paska bayramını qeyd edirlər və şənliklər təşkil etdikləri gün Liviyada insanların başına bomba yağdırırlar.İrqada müsəlman bacılarımızı zorlayır,Əfqanıstanda həmçinin,Pakistanda pilotsuz təyyarələrlə hər gün din insanları qətl edənlərdən sən nə gözləyirrsən?

    Bir təfəfdən hicaba görə guya Azərbaycan müsəlmanlarının dərdini çəkən Qərb ölkələri, o biri tərəfədn Azərbaycanı dinlə hədələyirlər.Bu nə ikili standartdır?

    İctimai Palatada bu gün toplantiya rəhbərlik etməli idin və dünən imtina etdin.Guya siyasi qərərlar alınacaq yerdə siyasətçilər toplatıya rəhbərlik etməldir.Sən çox zaman düşünmədən bir işə qoşıulursan ,sonar isə yarımçıq qoyub qaçırsan.Çünku qorxdun ki,sənin rəhbərlik etdiyin toplatıda mitinq qərarı verilsə , sonra bunun məsuliyəti sənin üstündə qalacaq.Ona görə deyərəm ki, bir işə başlamadan əvvəl yaxşı qərar vermək lazımdır.Ya dindar kimi dindar ol,yada siyasətçi kimi siyasətçi.Ortada gəzmək inan heç müxalifətidə razı salımır və hələlik səndən istifadə etmək istəyirlər.Çünki,sənin vasitənlə dindarları öz sıralarına cəlb etmək istəyirlər.O gün ki müxalifətə lazım olmayacaqsan, görərsən səni İranın agenti adlandıracaqlar.O gün isə uzaqda deyil.Artıq bir həftəyə yaxındır ki, Mirzə Sakit və digər müxalifətçilər Facebookda səni təhgir edir hay küyə tuturlar.Hələ bu harasdır.
    Ya bu işləyə başlamayaydın, yada başladığın işi sonuna qədər davam etdirərdin.Əgər qorxursansa əvvəlcədən yaxşı düçün.Qorxu içərisində olub , gecələr yata bilmədiyni yaxın adamlarım çox yaxşı bilir.
    Sən belə etməklə , nə qədər etiqadlı insanlarımıza zərbə vurursan və Qəbrdə bundan məharətlə istifadə edir.
    Bəs sən nə tez bu ayəni unutdun: Sən yahudi və xitistiyanların dininə tabe olmayınca ,onlar səndən razı qalmayacaqlar.

    Gah Rəsul Quliyevə qoşulursan,hag Ayaz Mütəllibova.Gah Amerikalılarla hərəkət edirsən, gah Fransalılarla.Bəzən səf etdiyini başa düşürsən amma iş işdən keçdiyindən sonar nə faydası?
    Sən hamıdan istifadə etməyə çalışıram.Amma mən sənə başa saldım ki, sənin qarşındakılar uşağ deyillər.İllərnən inkişaf etmiş Qərb ölkələridir.Onlarda bilir ki, zən elə zən edirəsn ki,Qərb ölkələrindən istifadə edirsən.Onlar onsuzda istəyir ki, sən elə düşünəsən ki,səndən çox rahatlıqla istifadə etsinlər.
    Sənin sayəndə etiqadda olanlar çaş-baş qalıblar.Bilmirlər dinə xidmət edirlər yoxsa Qərb ölkələrinə.
    Gah deyirsən insan haqları müdafiəçisiyəm.Amma bəzən çox səhfə yol verirsən.Sənə, mən o zamanda başa salmışdım.Əgər insan haqları müdafiəçisi adı ilə tanınmaq istəyirsənsə o zaman bizim etiqadımıza zid olan məsələdə olsa , həmin məsələni gündəmə gətirməlisən.Amma sən belə etmədin.İranda baş verəın bəzi hadisələr barədə susdun.Amma insan haqları müdafiəçisi olacaqsansa etiqad məsələsini kənara qoymalı və hadisələri dilə gətirməlisən.Əgər hadisəyə ancaq etiqad baxımından yanaşacaqsansa , sənin insan haqları müdafiəçi olmana hamı gülər.Ona görə deyərm ki,Qərb ölkələridə sənin bu xüsusiyyətini yaxşı bilir amma susurlar.Onlara görə səni çoxdan tənqid etməli və insan haqları müdafiəçisi olmadığını deməli idilər.Amma səndən istifadə etdikləri üçün susurlar.Zamanı gələndə sənin üzünə elə vuracaqlar ki, o zaman peşmanşılığın fayda verməyəcək.

    Ona görə deyirəm ya dindar kimi dindar ol, yada siyasətçi kimi siyasətçi siyasətçi.
    Hər şeyi üzünə -gözünə bulaşdırmısan.Sənin reytinq həvəsin , bütün etiqad məsələlərinə ziyan vurur.Axirətdə İmam Hüseynə nə cavab verəcəksəm və İmam Hüseinlə necə həşr oluna bilərsən?

    Heç olmasa çiyninə asdığın İmam əbasına hörmət et.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button