Leyla Əliyeva Emin Ağalarovla nigahının sona çatdığı haqda yazıb – FOTO

leyAzərbaycan prezidentinin qızı, H.Əliyev Fondunun vitse-prezidenti Leyla Iliyeva özünün instaqramm səhifəsində Emin Ağalarovla nigahının sona çatması ilə bağlı məlumat yayıb:”Azərbaycanda çoxları üçün sirr deyil ki, Eminlə aramızda bağlanan nigah son illər rəsmi xarakter daşıyıb. Biz çoxdan ayrı şəhərlərdə ayrı yaşayırıq. Artıq boşanmağımızı rəsmi qaydada həyata keçirməyin zamanı gəlib çatmışdı ki, biz bunu elədik. Biz dost olaraq qalacıq”.

Xatırladaq ki, iki gün əvvəl Emin Ağalarov Böyük Britaniyanın Channel 5 telekanalına müsahibəsində deyib ki, Leyla Əliyeva ilə evliliyi əbədi olmaya bilər. Bu haqda BBC-nin Azərbaycan xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, Ağalarov The Wright Stuff proqramına müsahibəsində “Qayınatanızın korrupsiyaya uğramış bir prezident olduğu barədə, seçkiləri saxtalaşdırdığı barədə məlumatlar çoxdur. Belə şeylərdə ittiham olunan adamın qızı ilə ailə qurmağın çətinlikləri nədir” sualına cavabında Ağalarov deyib: “Mən siyasətçi deyiləm deyə bunu şərh etmirəm. İkincisi də, bu, ailə məsələsidir və mənim musiqimə heç bir aidiyyatı yoxdur”.

Qeyd edək ki, Leyla Əliyeva ilə Emin Ağalaovun Mikayıl və Əli adında əkiz oğlanları var.

İş adamı Araz Ağalarovun oğludur və 30 aprel 2006-cı ildə prezident İlham Əliyevin qızı Leyla Əliyeva ilə evlənib.

Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və  ABŞ-da alıb. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə “İlin İş Adamları” namizədləri arasından birinci yerə çıxıb. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə İncredible adlı albomunu çıxardıb ki albomdakı Don’t Crymahnısı Нулевой Километр filminin saundtrekində yer alıb.

Daha sonra isə Elvis və Frenk coverlərindən ibarət olan Obsession və Moskvadaki konsertinin DVD-sini də satışa çıxartdığı Devotion albomu satışa çıxıb.

Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və Wonder albomunu Britaniyada satışa çıxarır, Obvious mahnısını This Morning adlı verlişdə ifa edir. Əksər mahnılarının müəllifidir. Avropada xüsüsəndə Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir.

Emin Ağalarovun Giving İn, Don’t cry, Wonder, Falling, Any time you fall, Obvious, Stick together, Still, Make the world go away, Just for one night klipləri var.

xural.com

leyla

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button