Leyla Yunus tibb məntəqəsinə köçürüldü

Leyla Yunus tibb məntəqəsinə köçürüldü

Almaniyanın «Charite» xəstəxanasının həkimi, professor Kristian Vitt hüquq müdafiəçisi Leyla Yunusu müayinə edəndən sonra o, təcridxananın tibb məntəqəsinə köçürülüb. Leyla Yunus müalicəsini hazırda tibb məntəqəsində davam etdirir.
Bu haqda Azadlıq Radiosuna vəkil Elçin Qəmbərov məlumat verib.
Vəkil avqustun 18-də Leya Yunusla görüşdüyünü, onun əhval-ruhiyyəsinin yaxşı olduğunu deyib: «Məhkəmənin hökmü ilə bağlı deyir ki, gözlənilməz bir şey baş verməyib, nə gözləyirdiksə, o da oldu».
Professor Kristian Vitt MTN təcridxanasında Leyla Yunusun əri, politoloq Arif Yunusu da müayinə edib.
Vəkil hazırda müdafiə tərəfinin apelyasiya şikayəti üzərində işlədiyini də bildirib.
Xatırladaq ki, Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button