Lider TV-nin yayımı gözlənilmədən dayandırıldı
Televiziya şirkətinin əməkdaşları virtualaz.org-a bildiriblər ki, bir neçə saat əvvəl Lider TV rəhbərliyinin nümayəndələri kollektivin yaradıcı hissəsinə sabah televiziya kanalının fəaliyyətinin dayandırılacağı barədə xəbərdarlıq ediblər.
Yayımın dayandırılmasının səbəbləri barədə məlumat verilmir.
**01:11
Azərbaycanın Lider TV kanalının yayımı gözlənilmədən kəsilib. Telekanalın efiri “Gecənin sehri” verilişi yayımlanarkən dayandırılıb.
Hazırda yayımın dayandırılmasının səbəbləri barədə məlumat verilmir. Virtualaz.org rəsmi mənbələrdə şərh ala bilməyib.
Qeyd edək ki, əvvəllər media kanalda ciddi maliyyə problemlərinin olduğu barədə dəfələrlə yazıb.
Onu da xatırladaq ki, Lider TV kanalı 2000-ci ildə yaradılıb. Rəhbəri Ədalət Əliyevdir.