Lisenziyaları ləğv olunan 3 banka 93 milyon manat ödənildi

bank

Lisenziyaları ləğv olunan “Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank”ın əmanətçilərinə indiyədək, ümumilikdə, 93 milyon manat vəsait ödənilib.

Xural.com azertag.az-a istinadən xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov martın 3-də keçirdiyi mətbuat konfransında deyib.

“Əmanətlərin Sığortalanması Fondunun kifayət qədər vəsaiti var və əlavə vəsait cəlb etməyə ehtiyac duymuruq. Qeyd olunan üç banka ödəniləcək kompensasiyanın ümumi məbləği təxminən 148 milyon manatdır. Hazırda ƏSF-ın 40 milyon manat vəsaiti qalıb. Buna görə də Mərkəzi Bankdan əlavə vəsait götürməyə ehtiyac yoxdur. Zərurət yaranarsa, ƏSF Mərkəzi Bankdan 20 milyon manat vəsait cəlb edə bilər”, – deyə A.Cavadov diqqətə çatdırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button