Litvada təhsil alan tələbələr “Azərbaycan Kino Gecəsi” keçirib

Litva Respublikasında təhsil alan Azərbaycan tələbələri Kaunas şəhərində “Azərbaycan Kino Gecəsi” adlı tədbir keçiriblər. 50 nəfərdən çox yerli və xarici tələbənin, o cümlədən müəllim-professor heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan “Odlar Yurdu” Təşkilatının Litvadakı nümayəndəsi tələbə Samir Musayev gələn qonaqlara öz təşəkkürünü bildirib. Çıxışdan sonra tələbələrimiz Azərbaycan kino sənətinin tarixinə həsr olunmuş qısa təqdimat ediblər. Təqdimatdan sonra isə beynəlxalq film festivalları üçün çəkilmiş, altyazısı ingilis dilində olan qısametrajlı “Ev” və “Düyün” filmləri nümayiş etdirilib. Filmlər arasındakı fasilədə isə qonaqların Azərbaycan milli şirniyyatlarını dadmağa fürsətləri olub. Sonda isə gələn qonaqlara ölkəmizin milli ornamentlərini özündə əks etdirən hədiyyələr təqdim edilib.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyi və “Odlar Yurdu” Təşkilatının maddi və təşkilati dəstəyi ilə keçirilən Azərbaycan film sənətinə həsr olunmuş gecə qonaqların sözün əsl mənasında tam zövqünü oxşayıb.

Nəzərinizə çatdıraq ki, sözügedən ölkədə təhsil almaq üçün Heydər Əliyev Fondu ilə Litva dövləti arasında bağlanmış müqaviləyə əsasən 20 nəfərə yaxın tələbə 2010-cu ilin sentyabr ayından buraya göndərilib. Onların bir qismi Vilnus şəhərində, digərləri isə Kaunas şəhərindədirlər.

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button