Əliyev və Paşinyan Brüsseldə görüşəcək – Ned Prays

ABŞ Avropa İttifaqı Şurasının Prezidenti Şarz Mişelin təşkil edəcəyi görüşdə Azərbaycan-Ermənistan nizamlanmasında irəliləyişə ümid edir. Bu görüş yaxın günlərdə Brüsseldə baş tutacaq.
Bunu ənənəvi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Onun sözlərinə görə, Vaşinqton tərəflərin son aylardakı təmaslar nəticəsində irəliləyişlər əldə edib.
“Bu tərəqqi tərəflər arasında təmasların nəticəsi idi. İrəliləyişlər ABŞ-la ikitərəfli və üçtərəfli təmaslar nəticəsində, həmçinin Avropa İttifaqının öz diplomatiyası vasitəsilə gördüyü işlər sayəsində baş verdi. Buna görə də biz yaxın günlərdə Brüsseldə görəcəyimizə ümid edirik. Tərəflər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən təşkil edilən danışıqlar çərçivəsində görüşəcəklər”, – Ned Prays bildirib.
Dövlət Departamentinin son aylardakı hadisələri nəzərə alaraq, tərəflər arasında “əhəmiyyətli irəliləyiş”lə bağlı həddən artıq optimist olub-olmadığı barədə suala isə ABŞ Dövlət Departamentinin nümayəndəsi belə cavab verib:
“Bizim nikbinliyimiz həddindən artıq deyil. Biz bu dialoqu, hərtərəfli həllə gətirib çıxaracaq bu diplomatiyanı bütün mümkün vasitələrlə dəstəkləməyə davam edirik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button