Rubrikalar: GÜNDƏM KRİMİNAL XuralTAC

“Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar

Bir neçə gün öncə Minsk şəhərinin mərkəzində belarus kriminalitetinin “xaç atası” sayılan “Saşa Kuşner” ləqəbli “qanuni oğru” Aleksandr Kuşner vəhşicəsinə döyülüb. Hadisə Belarusun 1 nömrəli avtoritetinin nüfuzunu itirməsinə gətirib çıxarıb. Avtoritetin döyülməsi kriminal aləmdə yeni müharibələrin başlanmasına səbəb olacaqmı?

Lenta.ru saytı yazır ki, “Şaşa Kuşner”in ictimaiyyət önündə bu cür alçaldılması onun oğru tituluna, cinayətkar aləmdə lider mövqeyinə, nüfuzuna ağır zərbə vura bilər. Bu ərəfədə isə Minskdəki istintaq təcridxanasından yenicə azadlığa çıxan kriminal aləmdə“Lavasoğlu” ləqəbi ilə tanınan gürcü avtoritet Mindiya Qoradze özünü faktiki olaraq Belarus kriminalının  kuratoru elan edib.

Xatırladaq ki, vaxtilə Moskvada həbs olunan “Şaşa Kuşner” azadlığa çıxan kimi Rusiyada qalmayaraq Türkiyəyə yollanmış,  İstanbulda yaşayan kriminal avtoritet “Lotu Quli”yə sığınaraq ona biət etmişdi.

“Qanuni oğru”ya hücum kriminal aləm üçün çox ciddi hadisədir

Yanvarın 17-də yaşadığı evin həyətində arvadı ilə birgə itini gəzdirən “Saşa Kuşner”ə hücum edilib. Bir neçə nəfər avtoritetin üstünə cumaraq onu təpikləməyə və dəmir dəyənəklərlə döyməyə başlayıblar. Məlum olub ki, avtoriteti vəhşicəsinə döyərək ona xəsarət yetirənlərə kriminal aləmdə “Şults” ləqəbi ilə tanınan, oğru tituluna iddialı olan  Aleksandr Şulbert başçılıq edib. “Saşa Kuşner”ə hücum etdiklərini və onu döydüklərini sübut etmək üçün hətta bunu videolentə də alıblar. Hadisə şahidləri bildiriblər ki, həmin vaxt zərərçəkmişin üzərində bıçaq olsa da, bundan istifadə etməyə macal tapmayıb. Deyilənlərə görə, guya “Saşa Kuşner”i döyərkən o, arvadından polis çağırmasını tələb edib. “Qanuni oğru” üçün hakimiyyət nümayəndəsi, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istənilən əlaqə “oğru dünyasının qanunları”nın pozulması və oğru titulundan məhrum edilməsi üçün əsas hesab olunur.

“Saşa Kuşner” və “Şults”

Ümumiyyətlə, “Şults” “Saşa Kuşner”i çoxdan hədələyirdi. “Şults”un iddiasına görə, Kuşner ona və digər avtoritetlərə qarşı münasibətlərdə özbaşına qərarlar qəbul edib.

Kuşner Belarus cinayət aləminin liderinə necə çevrilib?

“Saşa Kuşner” 1990-cı illərdə Serqey Morozovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olub. 2011-ci ildə kriminal aləmin xaç atası hesab edilən “Ded Xasan” tərəfindən taclandırılıb.

“Şaşa Kuşner” iki belarus “qanuni oğru”su – Aleksandr Timoşenko (Timoxe) və Dmitri Qaleyevə (Qaley) zidd olaraq taclandırılmışdı. Adları çəkilən şəxslərin hər ikisi “Ded Xasan”ın gürcü oğru klanından olan opponentlərinə yaxınlaşıblar. Belarusun daxili işlər nazirliyinin korrupsiyaya qarşı mübarizə baş idarəsinin keçmiş rəis müavini Vladimir Tixin isə Kuşnerin himayəçisinə çevrilib. Bir sözlə, Belarusun cinayət aləminə “Saşa Kuşner” tək başçılıq edib.

Tacqoymadan dərhal sonra gürcü əsilli avtoritetlər buna etiraz ediblər. Amma oğru dünyasındakı bu konflikt tez bir zamanda öz həllini tapıb. Həmin ərəfədə İspaniyadan yenicə qayıdan “qanuni oğru”, hazırda Rusiyanın cinayətkar aləminin lideri sayılan “Şakro Molodoy” Kuşnerin oğru səlahiyyətlərini yenidən dayandırıb.

Lotu Guli

Lakin azərbaycanlı “qanuni oğru”, ötən il avqustun 20-də Türkiyədə qətlə yetirilən “Lotu Quli”yə sığınan, ona biət edən Kuşner yalnız həmin mühitdə faktiki olaraq “qanuni oğru” kimi qala bilib.

“Lotu Quli”nin qətli və “Saşa Kuşner” üçün sonun başlanğıcı

Kuşnerin həyatındakı qara zolaqlar iki il öncə başlanmışdı. Onun kriminal avtoritetlər – “Dodo”, “Nemts”və “Şults”la münasibətləri korlanmışdı. “Saşa Kuşner”onların böyümələrindən ehtiyatlanır, özündən kənarlaşdırır, “bratva”nın gözündən salmağa çalışırdı.

Bunun cavabında isə Kuşnerlə hesablaşmaq qərarına gələn “Şults” ona sui-qəsd planı hazırlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları “Şults”un niyyətinin ciddiliyini anlayaraq baş verəcək böyük kriminal müharibədən ehtiyatlanıb. Çox keçməyib ki, “Şults” qanunsuz silah saxlama və narkotik vasitələrin dövriyyəsində ittiham olunaraq həbsə göndərilib. Kuşner “Şults”un uzun müddət həbsdə oturacağını güman edib. Lakin ölkə prezidentinin imzaladığı amnistiya qərarına əsasən “Şults”un cəzası azaldılıb və bir il sonra həbsdən buraxılıb.

“Qanuni oğru”olmaq üçün “Şults” öz hədəfinə doğru ardıcıllıqla hərəkət edib, həbsxanada cəza çəkərkən özünü yaxşı tanıdıb. “Saşa Kuşner” onu Belarusa “nəzarətçi” təyin edib. Sonradan “Boqdan” ləqəbli kriminal avtoritet onu əvəz edib. 2019-cu ildə Kuşnerin “Dodo” və “Nemts”lə münaqişəsi yarandıqda “Şults” onların tərəfini dayanıb.

“Lavasoğlu”

Eyni zamanda gürcü klanı Kuşnerlə məsələni həll edəcəyi təqdirdə “Şults”a oğru titulu söz veriblər. Həmçinin, “Şults”un namizədliyi cinayətkar aləmdə hamını qane edib. Düzdür, onun oğru titulu özünü Belarusun cinayətkar dünyasının xarici kuratoru elan edən, 39 yaşlı gürcü əsilli “Lavaşoğlu” ləqəbli “qanuni oğru” Mindi Qoradzenin mövqeyindən də asılı olacaq.

Minsk türməsində il yarım cəza çəkən “Lavaşoğlu” həbsxanada öz prinsipiallığı ilə yaxşı yadda qalıb. O, etiraz əlaməti olaraq iki dəfə ağzını tikib. Paralel olaraq “qanuni oğru” Belorusun cinayətkar aləmində nələr baş verdiyini də yaxşı anlayıb. Ona görə də bütün fikir ayrılıqlarına son qoymaq qərarına gəlib. O, özünü ölkənin yeganə “qanuni oğru”su elan edib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Baş Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər. Xural.com "Habertürk"ə istinadən…

4 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

“Azərbaycan Hindistanla qarşıdurmada Pakistanı dəstəklədi”

"Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə…

4 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda daha bir televiziya fəalliyətə başladı

Bu gündən Azərbaycanda daha bir internet televiziyası fəaliyyətə başlayıb. Lent.az-ın məlumatına görə, bu "Reallıq TV" internet televiziyasıdır. Televiziyanın rəhbəri tanınmış…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanın tanınmış tarixçi alimi koronavirusdan vəfat edib

Azərbaycanın tanınmış tarixçi alimi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. Xural.com “Report”a istinadən xəbər verir ki, o, bu…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Laçın şəhəri: Rusiya sülhməramlılarının nəzarəti altında həyat…

Bir qrup xarici jurnalistlərlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən BBC rus xidmətinin reportyorları Rusiya sülhməramlı kontingentinin məsuliyyət…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Hərbçilərin maaşları məsələsinə yenidən baxıldı, ikiqat və 50 faiz artırıldı

“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi…

3 Mart 2021
Xural.COM