Rubrikalar: KRİMİNAL XuralTAC

Lotu Quliyə qarşı daha bir cinayət işi

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (Lotu Quli) qarşı Rusiyada daha bir  cinayət işi açılıb. Musavat.com xəbər verir ki, bu barədə Rusiya telekanallarından birində məlumat verilib. Xəbərdə “Quli Azərbaycanın ən məşhur mafiozu” kimi təqdim edilib və onun Rusiyanın kriminal aləminə ciddi təsiri olduğu bildirilib.  Cinayət işimə gəlincə, Quli kriminal qruplaşmalar yaratmaqda suçlanır. Ona qarşı ittiham isə Rusiyada qüvvəyə minənən “anti-oğru” adlanan qanunla bağlıdır.

Belə ki, Rusiya prezidenti Vladimir Putin 2019-cu il aprelin 1-də kriminal avtoritetlər – “qanuni oğrular” – üçün cəzanı sərtləşdirən qanun imzalayıb. O, cinayətkar iyerarxiyasında liderliyə görə yeni maddə tətbiq edib və cinayətkar qrupların yığıncaqlarında iştiraka görə məsuliyyət müəyyənləşdirib.

Rusiyanın Cinayət Məcəlləsinə “Cinayətkar iyerarxiyasında yüksək mövqe tutma” yeni maddəsi əlavə edilib. Həmin maddə 8 ildən 15 ilədək azadlıqdan məhrumetməni və 5 milyon rubladək cəriməni nəzərdə tutur.

Cinayətkar qrupların yaradılmasına və ya onlara başçılıq edilməsinə, eləcə də cinayətkar qrupların yığıncaqlarında iştiraka görə 20 il həbs cəzası gözlənilir.

Quli Azərbaycanda cəzasını başa vurduqdan sonra ölkə hududlarını tərk edib. Həmin ərəfədə isə Rusiyada ona qarşı bir neçə il əvvəl biznesmenin oğurlanmasına görə cinayət işi qaldırılıb, barəsində axtarış elan edilib. Qulinin vəkilləri isə bu cinayət işinin qurama olduğunu bəyan ediblər.

Belə görünür ki, Qulinin  konkret cinayətdə iştirakını təsdiq etmək mümkün olmadığl üçün indi “oğru” statusuna görə həbsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Quli bir müddət İstanbulda məskunlaşdı. Son aylar Türkiyədə də hüquq-mühafizə orqanları türk və digər cinayət klanlarına qarşı ciddi mübarizə aparmağa başlayıb. Kriminal avtoritetlərin yaxın dövrədək “oğru sxodkaları”nda toplaşdığı Türkiyə oğru iyerarxiyası nümayəndələri üçün artıq etibarlı məkan deyil.

Bəzi iddialara görə, Quli bir müddətdir ki, Qətərdə yaşayır.

Paylaş:

Share

Son Əlavələr

  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Ramiz Mehdiyev AMEA-da – idarə və şöbələr ləğv olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq AMEA-dan bildirilib. AMEA prezidenti, akademik Ramiz Mehdiyevin…

13 Noyabr 2019 2:21 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı: “Bu tip qadağalar ölkənin imicini yerlə bir edir”-VİDEO

Əvəz Zeynallı Vergilər Nazirliyi tərəfindən çıxışına qoyulan qadağa ilə bağlı Kanal13-ə müsahibə verib. Xural.com müsahibəni təqdim edir:     …

13 Noyabr 2019 2:16 səhər
  • GÜNDƏM
  • XuralTAC

Yasamalın yeni icra başçısı kimdir-DOSYE

Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilmiş Elşad Həsənov Prezident İlham Əliyev tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Həsənov…

13 Noyabr 2019 2:07 səhər
  • GÜNDƏM
  • XuralTAC

Bəxtiyar Hacıyev: “Paşinyan görüşdən sonra mənə yaxınlaşdı…”

“Baş nazir bildirdi ki, Azərbaycan hakimiyyəti tərəfindən hansısa konstruktiv mesajlar gözləyir” Siyasi fəal Bəxtiyar Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Sülh…

13 Noyabr 2019 2:00 səhər
  • GÜNDƏM
  • XuralTAC

Mehman Hüseynov bələdiyyə seçkilərinə qatılır

Bloger “Seçki tarixində belə maraqlı, kreativ seçki olmayıb” deyir. Tanınmış bloger, “Sancaq Production”un rəhbəri Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak edəcək.…

12 Noyabr 2019 1:59 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu – Səbəb Mikayıl Cabbarovdur

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub. Qadağa Vergilər Nazirliyinin müraciəti əsasında tətbiq edilib. Reyting.az xəbər verir ki,…

11 Noyabr 2019 3:21 səhər
Xural.COM