Lukaşenko ağır xəstə siyasi məhbusları azadlığa buraxacağını deyir

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

Belarusun avtoritar lideri Aleksandr Lukaşenko bəyan edib ki, tezliklə ağır xəstə olan siyasi məhbusları, ilk öncə onkoloji xəstəliklərdən əziyyət çəkənləri azadlığa buraxmağı planlaşdırır.

Lukaşenko bunu belə izah edib ki, hakimiyyət insani davranmalıdır, ancaq, eyni zamanda, ağır xəstə məhbusların 2020-ci ildə ölkəni “dağıdıb məhv etdiklərini”, amma “qaça bilmədiklərini” vurğulayıb.

Belaruslu politoloq Dmitri Bolkunets isə hesab edir ki, Lukaşenko sadəcə siyasi məhbusların buraxılması və Belarus-Polşa sərhədində miqrasiya müharibəsinin dayandırılması üçün “ultimatum” alıb. Politoloqun fikrincə, bu, iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədardır, Lukaşenko Belarusun bu birliyə daxil olacağına ümid edir.

2020-ci ilin avqustunda Belarusda prezident seçkisinin nəticələrinə kütləvi küçə etirazları başlanıb. Lukaşenko seçkinin qalibi elan edilib, vəzifə müddətini daha altı il uzadıb. Etirazçılar onun istefasını, yeni seçkilər keçirilməsini tələb ediblər. Onlar hakimiyyəti görünməmiş saxtakarlıqda, müxalifətin mitinqlərinin iştirakçılarına qəddar münasibətdə suçlayıblar.

Hüquq müdafiəçiləri etirazların yatırdılması zamanı azı səkkiz nəfərin öldürüldüyünü, 30 mindən çox belaruslunun repressiya və işgəncələrə məruz qaldığını bildirirlər. Hakimiyyət isə opponentlərinə qarşı minə yaxın cinayət işi açıb, müxalifət liderləri daxil olmaqla yüzlərlə adam uzunmüddətli həbsə məhkum edilib. Kütləvi repressiyalardan sonra küçə etirazları faktiki bitib.

Belarusun “Vesna” hüquq-müdafiə təşkilatının məlumatına görə, 2024-cü il mayın sonunadək ölkədə azı 254 siyasi məhbusun səhhəti xüsusi risk altında olub. Onlardan 16-sı əlilliyi olan şəxslərdir, 91-i ağır vəziyyətdədir, 65-inin yaşı 60-dan yuxarıdır və onların da çoxunun sağlıq problemləri var. 10 nəfərin isə psixi pozuntularının olduğu deyilir.

29 yaşlı Pavel Kuçinski xərçəngin dördüncü mərhələsindədir. Buna baxmayaraq, onu internetdəki şərhlərinə görə 4 il 9 aylıq azadlıqdan məhrum ediblər, cəzasını sərt rejimli koloniyada çəkir.

20 il həbs cəzasına məhkum edilmiş 61 yaşlı Qalina Derbışa da xərçəng diaqnozu qoyulub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button