Lukaşenko nə deyir?!

Belarus prezidenti Aeksandr Lukaşenko ilk dəfə olaraq Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana və Azərbaycana özü tərəfindən edilmiş təklifləri açıqlayıb.  

Strateq.az İnterfaks-a istinadən bildirir ki, bu barədə Lukaşenko rus KİV-ləri ilə görüşü zamanı bildirib. Məlumatı BELTA agentliyi yayıb.

Prezident deyib ki, Qarabağ məsələsi KTMT-nin Yerevanda keçirilmiş sammitində ozamankı prezident Serj Sərkisyanla müzakirə edilib.  Belarus lideri Azərbaycan və Ermənistan prezidentlərini güzəştlərə gedərək bir yerdə problemi həll etməyə çağırıb.

Bu zaman Belarus və Rusiya razılaşdırılmış qarantları təmin etmək üçün hərbi kontingenti yeritməyi vəd edib: “Sonra daha açıq dedim: “Qulaq as, onlar demişkən, 7 rayonu işğal etmisiniz. Mən və Putin tarazlaşdırılmış mövqe tutmuşuq. Serj, bu 5 rayonu qaytar. Onların qaytarmamağın səbəbi nədir? Boş ərazilərdir. Serj deyir: əgər o rayonları qaytarsam, azərbaycanlılar yolu bağlayacaqlar və Qarabağı tutacaqlar… Mən və Putin dəqiq vəd etdik ki, biz öz ordularmızı yeridəcəyik, buna imkan vermərik… O dedi: Yox, biz buna getməyəcəyik, istəmirik…”

Lukaşenkonun sözlərinə görə, Sərkisyanın mövqeyi onda böyük təəccüb doğurub: “Niyə istəmirlər? 5 rayon boş əraziyə çevrilib. Bu, birinci addımdır. O zaman Azərbaycan da , Ermənistan da KTMT-də, Avrasiya İttifaqında olardı. Niyə ermənilər imtina elədilər? Yaxşı, Belarus və Rusiya qarant kimi çıxış edirdilər, deyirdik ki, əgər bu beş rayon azad edilsə, orada heç bir müharibə olmayacaq.  Siz bu rayonların Azərbaycana aid olduğunu deyirsiniz. Bu ərazi axı Qarabağ deyil”.

Lukaşenko münaqişənin sülh yolu ilə həllinin vacib olduğunu qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button