Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi

“Belarus-1” dövlət telekanalı ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə dair exit-pol açıqlayıb. Telekanal bildirir ki, seçki məntəqələrinin qarşısında keçirilmiş sosioloji sorğuların nəticələrinə əsasən Aleksandr Lukaşenko 79.9 faiz səs alıb. Onun əsas rəqibi Svetlana Tixanovskaya 6.8 faiz səslə kifayətlənməli olacaq.

Exit-polu “Mir” telekanalının Belarusdakı nümayəndəliyi sifariş edib.

Son məlumatlara görə paytaxt Minskdə və digər şəhərlərdə müxalifət tərəfdarları seçki məntəqələrinin qarşısına toplaşır. Lakin Belarus OMON-u kütləvi həbslər aparır və insanların bir yerə cəmləşməsinə imkan vermir.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşinə bəyan edib ki, seçkini uduzanlar nəticəni sakit qəbul etməlidir və öz tərəfdarlarını həyacanlandıran bəyanatlar verməməlidir. “Ən başlıcası məğlubiyyəti qəbul edə bilməkdir. Məğlub olan tərəf qalibin əlini sıxmalı və onu təbrik etməlidir”,-MSK rəhbəri bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button