Məhərrəm ayı başlayıb

İyulun 7-dən Məhərrəm ayı başlayıb.

1446-cı Hicri-Qəməri ilinin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2024-cü il iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası dindarları Aşurada özünü döymək adətlərindən çəkinməyə, Azərbaycanın müstəqillik illərində ənənəvi hal almış qanvermə aksiyalarında iştiraka çağırıb.

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində orada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yasını saxlayır.

“Aşura” ərəb dilindən tərcümədə “10-cu gün” deməkdir. Hüseyn və onun tərəfdarları Məhərrəm ayının məhz 10-da qətlə yetiriliblər.

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button