Məhərrəm Əliyevin yerinə təyinat olub

Yayımlandı: 22 May 2024 16:38

Fərid Seyidov PA-nın şöbə müdiri təyin olunub

Fərid Seyidov Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

Bu barədə mayın 22-də dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.

2023-cü ilin dekabr ayına qədər Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev olub.

O, hazırda Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiridir.

Fərid Seyidova gəldikdə, o, yanvarın 11-də Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini təyin edilmişdi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button