Məhbus gəncin səhhəti pisləşib, təcridxanadan xəstəxanaya aparılıb

19.07.2013

AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Daşqın Məlikovun səhhəti pisləşib. İyulun 19-da o, Bakının Şüvəlan qəsəbəsindəki istintaq təcridxanasından Pentensiar Xidmətin Böyükşordakı xəstəxanasına köçürülüb.

Məlumatı “Azadliq.info”ya Daşqın Məlikovun atası Əlisəfa Məlikov verib: “Şüvəlan təcridxanasından zəng edib bizə dedilər ki, Daşqının vəziyyəti ağırlaşıb və onu Böyükşordakı xəstəxanaya yerləşdiriblər. Əlavə məlumatımız yoxdur. Xəstəxanadan da məlumat vermirlər ki, zəruri ehtiyaclarını bilək, yardım aparaq. Bilmirik kimə zəng edək. Vəkili hazırda ölkədə olmadığı üçün əlaqə saxlaya bilmirik. Daşqının xəstəliyi ağırdır, həbsxana şəraitində onun həyatına təhlükə var”.

2-ci qrup əlil, bronxial astma xəstəsi olan Daşqın Məlikov martın 25-də Sumqayıtda tutulub. İyulun 3-də Sumqayıt Şəhər Məhkəməsi onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button