Məhkəmə Taleh Xasməmmədovu 3 il azadlıqdan məhrum edib

Məhkəmə Taleh Xasməmmədovu 3 il azadlıqdan məhrum edib

İyulun 22-də Göyçay Rayon Məhkəməsi hüquq müdafiəçisi Taleh Xasməmmədova 3 il həbs cəzası verib.

Prokuror 4 il həbs istəmişdi.

Taleh Xasməmmədovun hüquqlarını ictimai müdafiə komitəsinin sədri Oqtay Gülalıyev hökmü siyasi sifariş və ədalətsiz adlandırıb.

“Məhkəmənin Taleh Xasməmmədova verdiyi həbs müddəti hətta ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsinin sanksiyasına belə adekvat deyil. Hökmdən apellyasiya şikayəti veriləcək”, deyə Gülalıyev Turan-a bildirib.

Taleh Xasməmmədov 2015-ci il fevralın 24-də ailə üzvləri ilə birgə Göyçayda mebel salonundan çıxıb maşınına yaxınlaşan zaman tanımadığı bir şəxsin hücumu ilə üzləşib. Bundan sonra o, polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Hüquq müdafiəçisi 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilib. Göyçay Rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarıb. Təxminən bir il sonra prezidentin əfv sərəncamına düşərək azad olunub. O vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu “vicdan məhbusu” elan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button