MƏHŞƏRDƏN MƏHŞƏRƏ…

Mirzə Sakit

X yazı

İlham Əliyevin ilkin məhkəmə iclasının səhərisi günü qəzetlərdə belə bir xəbər yayıldı:
– Allahşükür Paşazadə dünyasını dəyişib və onun cənazəsi Türkiyənin Gülhanə xəstəxanasından bu gün Bakıya gətirilir. Mərhumla vida mərasimi MTN-nin qarşısında qurulan çadırda olacaq.
Respublikanın bir-çox tanınmış simaları, o cümlədən partiya rəhbərləri və funksionerləri mərhumla vidalaşmaq üçün yas mərasiminə toplaşdılar. KXCP sədri Mirmahmud Ağa da həmin mərasimə qatılanlar sırasında idi. O, həm də Allahşükürlə bir zonadan olduğuna görə, lap əvvəldən ora təşrif buyurmuşdu. Mirmahmud Ağa ilə yanaşı, həmin partiyada xüsusi söz sahibi olan Xəzər Teyyub da Ağa ilə yanaşı əyləşmişdi. Xəzər bəy Ağanın qulağına pıçıldayaraq, dedi ki, ay Ağa, indi Allahşükür görəsən, hansı məkandadır? Mirmahmud Ağa da özünəməxsus tərzdə qayıtdı ki, Xəzər bəy, Allahşükürün harada olduğunu deyə bilmərəm, amma onu deyə bilərəm ki, hal-hazırda keçmiş şeyxin çadırının harada qurulması, onun indi ürəkaçan məkanda olmadığından xəbər verir. Bunu da Mirmahmud Ağanın dilindən çıxdığını şəxsən “Bakı xəbər” qəzetinin baş redaktoru, hal-hazırda Əflatun Amaşovun yerinə Mətbuat Şurasının sədri olub, Əflatuna rəhmət oxutdurmaq istəyən Aydın Quliyev eşidib və o da bunu baş xəbər kimi öz qəzetinin manşetinə yapışdırıb.

Nəysə, bunlar hamısı xırda məsələlərdir. Əsas məsələ AXCP sədrinin və Müsavat başqanının həmin yasa gəlməsindən sonra başladı.
Yaranmış qarmaqarışıqlıqdan məharətlə istifadə edib Prezidentliyə real namizəd kimi özünü irəli verən AXCP sədri və Müsavat başqanı çadırın qapısı ağzında görünən kimi içəridə əvvəlcədən hazırlanmış xüsusi adamlar ayağa qalxaraq, içəridəki yasa gələnləri də hərəkətə gətirdilər. Buna siyasi manevr də deyirlər. Yəni ətrafdakıların diqqət mərkəzində olmaq üçün bu jestlər siyasətdə həmişə işlək mexanizm olub. Qabaqda Əli Kərimli, onun yanında mühafizə dəstəsinin rəhbəri Kərim Mehdiyev və cəbhənin funksionerləri, onlardan arxada isə Müsavat komandası keçib onlar üçün ayrılan yerlərdə oturdular. Məslisin ahəngini Nurəddin Məmmədli pozdu (Nurəddin yas boyunca mərasim sədri seçilmişdi). O, bərkdən bir “Fatihə” dedi. Bütün sağ əllər sifətlərə çəkildikdən sonra dodaqaltı dualar öz işini gördü. Məslisə çay gəldi. Birinci stəkan Əli Kərimlinin qarşısına qoyulan kimi Kərim Mehdiyev dərhal qəndqabındakı konfetlərdən birini soyub Əli bəyin qarşısına qoydu. İkinci stəkanda da bu hal təkrar olundu. Kərim bununla kifayətlənməyib halvanın içini minaaxtaranla yoxladıqdan sonra iki qaşıq bəyin nəlbəkisinə çəkdi. Sonra yemək gəldi. Kərim fərasətli hərəkətlə Əli bəyin yeməyindəki sümüklü ətləri bir-bir müayinədən keçirdi və ətləri uslufca sümükdən ayırdı. Nəhayət, Əli bəyin qaşığının hər iki tərəfini salfet ilə sildikdən sonra – di nuş olsun, bəy – dedi. Cənab Kərimli xəfifcə Kərimə nəsə deyən kimi Kərim Kreml əsgərlərinin cəldliyi ilə dik ayağa qalxdı və çevikliklə çölə qaçdı, tez də qayıtdı. O, əlində bir bükülünü stolun altında eşələdikdən sonra oradan bir dəstə keşniş çıxarıb səliqə ilə nimçəyə qoydu. Bunu heç kəs anlamasa da, sən demə, keşniş dəstəsinin arasında uzaqdan idarə olunan silahları zərərsizləşdirmə qabiliyyətinə malik olan çox kiçik bir qurğu var imiş. Bu da seçkiöncəsi qorunma vasitəsi kimi gözəl bir vasitə imiş. Amma kimdən qorunmağı mən deyə bilmərəm.
Bütün bu səhnələri seyr edən Müsavat başqanı dedi ki, “gərək mən qəlyanın tərgini verməyəydim”. Bu sözü başqanın nə üçün işlətdiyini başa düşməkçün isə artıq savadım çatmadı. Təxminən bir saatdan sonra mötəbər qonaqlar yas məclisini tərk etmək üçün ayağa qalxdılar. Yenə də Kərim akrobat cəldliyi ilə sağa-sola nəzər saldıqdan sonra sədri önə buraxdı və özü də onun ətrafında pərvanə tək fırlana-fırlana palatkadan çıxdı. Sədrin maşını yas çadırından 20-25 metr aralı saxlanmışdı. Kərim bu məsafəni cəmi üçcə addıma qət edərək arxa qapını açıb sədri sanki içəri tulladı. Deyəsən, Kərim ətrafda nəsə təhlükə hiss etmişdi. Bir də ki, çadırın MTN-nin yanında qurulmasını və MTN şefinin Sülhəddin Əkbər olmasını nəzərə alsaq, o zaman Kərimin niyə təşvişdə olmasını başa düşmək olar. Hətta Müsavat başqanının da nədən qəlyansızlıqda peşmanlanası haqda da fikirləşməyə dəyər. Əlbəttə, bundan ötəri gərək oxumuş adam olasan ki, savadın yetərli ola.
Ölkədə kadr çatışmazlığı yaranmışdı. Hətta bəzi İcra hakimiyyətlərinin qapısında “İcra başçısı lazımdır” sözləri yazılmışdı. Həmin elanların altından da yazılmışdı ki, “Elə başçı lazımdır ki, əvvəlki başçıya rəhmət oxutdursun”. Daha bilmirəm, bu sözləri niyə yazmışdılar.
Cəlilabad rayonu da başçısız qalmışdı. Rayon Təhsil şöbəsinin müdiri Təzəxan Mirələmlini başçı qoymaq istəyirdilər. Amma buradakı müsavatçılar dirəşib deyirdilər ki, elə şey yoxdur, başçı müsavatçı olmalıdır. Bax, indidən belə qarşıdurmalarla camaatı da özlərindən narazı salırdılar. Dərd hələ Prezident kimin olmasından sonraya qalmışdı. Təzəxan Mirələmli kənd məktəblərinin direktorlarını yığıb seçkinin tam demokratik və şəffaf keçməsini təmin etmək üçün hamını AXCP sədrinin xeyrinə səs verməyə səsləmişdi. Bu da normalda tam gözlənilən abırlı bir seçkinin keçirilməsindən xəbər verirdi. Cəlilabadın təzə axundu əslən Füzuli rayonundan olduğuna görə əl altdan rayonun bütün dindarlarına İsa Qəmbərə səs toplamaq çağırışı etmişdi. Hətta belə bir söz gəzirdi ki, İsa Qəmbər Prezident seçiləcəyi təqdirdə həmin axundu Nurəddin Məmmədlinin yerinə təyin etdirəcək. Buna da səbəb Nurəddinin vəhhabilərlə məxfi şəkildə sıx əməkdaşlıq etməsi haqda MTN-ə məlumatın daxil olması idi. Sadəcə baş qarışıq olduğundan belə xırda məsələləri sonraya saxlamışdılar. Bunu Nurəddinin özü də gözəl dərk edirdi.
Keçən yazılarımızda keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun həbsxanadan Milli Məclisə göndərdiyi məktub haqqında yazmışdıq. Məktubda Ziya məllim parlamentarlardan xahiş edirdi ki, o, Bakı şəhərində ən köhnə, ən “loxanka” taksi sürücüsü olmağa razıdır, təki onu həbsdən buraxsınlar. O zaman Parlament də Ziyanın bu xahişini qəti şəkildə rədd etmişdi. Bu dəfə isə Ziya məllim yazıb ki, mən siyasi məhbusam və onun siyasi məhbusluğunu da Çingiz Qənizadə təsdiqləyib. Zavallı Çingiz Ziyadan nə qədər qopartdığını deyə bilmərəm, hətta o dediyini rəsmiləşdirmək üçün mətbuat konfransı keçirmək niyyətində də olduğunu açıqlayıb. Çingiz Qənizadənin bu nalayiq hərəkətinə etiraz edən Bakı sakinləri and qoyublar ki, kim Çingizi birinci görsə və onu yortmasa, ona bütün Bakı qədeşlərinin haqqı-salamı haram olsun. Bu ultimatumdan sonra Çingiz Ziyadan qamarladıqlarını da götürüb gecə ikən ölkəni ömürlük tərk edib. Bununla da Ziya məllimin əli hər şeydən üzülərək, öz “srokunun” axırını gözləməkdən başqa çarəsi qalmayıb.
Azərbaycanın Rusiyadakı eks səfiri Polad Bülbüloğlu Moskva bazarlarının birində həmyerlilərimizdən birinə söyləyərək bildirib ki, Moskva şəhərində fəaliyyət göstərən “Heydər Əliyev fondu” Vladimir Putinin göstərişi ilə gecə ikən guya skindxerlər tərəfindən yağmalanıb. Fondun binası isə erməni katoliklərinin ixtiyarına verilib. Buna yerli yəhudi icması da xeyli hiddətlənib. Onlara Putinin bu sayğısızlığı bərk təsir edibmiş. Yəhudi ismasının başqanı Rus Provaslav kilsəsinin başçısının yanına gedərək Putindən şikayətçi olduğunu bildirib. O deyib ki, necə olur, Əliyevlər hakimiyyəti uzun illər bizim dəstəyimizlə Azərbaycanda hegemonluq etsin, bizim dediyimizlə oturub-dursun, bizim icazəmiz olmadan heç bir siyasi qərar verə bilməsin, bu gün isə Fondun binası ermənilərə ərməğan edilsin. İohann Pavel də cavab olaraq deyib ki, bu boyda MDB-ni və dünyanı fırladırsınız, o xırdaca bina nəyinizə gərəkdir? Yəhudi başqanı da xaç çəkərək qayıdıb ki, həmin bina bizim gərəyimiz deyil. Sadəcə o binanın tikintisini apararkən Azərbaycanın keçmiş hakimiyyəti həmin binanın palçığını qatışdırarkən, su əvəzinə azərbaycanlıların qanlarını qatıblar. Ona görə də Putin həmin binanı ermənilərə bağışladı. Biz isə istəyirdik ki, bütün dünyaya sübut edək ki, bax, elə bilməyin Hitler biz yəhudilərə qarşı total soyqırım etdi. Bəşəriyyət üçün Hitlerdən də əzazil insan qatilləri mövcuddur. Düzdür, biz burada heç də Hitlerə sayğı göstərmək fikrində deyilik. Biz masonların özümüzün ali məqsədlərimiz var və bu məqsədləri özümüzdən başqa bir kimsə anlamaz. Amma bununla yanaşı, dünyanın ən adamyeyən diktatorlarının ən amansızlarını biz “Ginnesin rekordlar kitabı”na salmaq fikrindəyik. Bu qədər “zəhmətləri” olan əliyevlərdən biri niyə də o kitaba düşməsin… Axı bizim də özümüzə görə götürdüyümüz öhdəliklərimiz var…

Ardı olacaq

 

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button