Məktəbdə pambıq tarlası salınıb
Dünyanın mütərəqqi ölkələri təhsilə, Azərbaycanın təhsil işçiləri də pambığa sərmayə qoyurlar. Xural.com ADR Hərəkatının sədri Qubad İbadoğluya istinadən xəbər verir ki, bu şəkildə gördüyünüz pambıq sahəsi Beyləqanın Birinci Şahsevən kəndinin Gəray Əsədov adına 1 nömrəli orta məktəbinin həyətindədir.
“Məktəbin direktoru ikiqat qazanc yeri tapıb, bir tərəfdən məktəbdən, digər tərəfdən də ucuz işçi qüvvəsinin cəlbi yolu ilə pambıqçılıqdan qazanır. Şagirdlərin də gələcəkləri göz qabağındadır, uzağa getmək lazım deyil, hər gün dərsə gedəndə də, dərsdən gələndə də pambıq sahəsini görür, hətta onun zəhərli havası ilə nəfəs də alırlar” – deyə Qubad İbadoğlu bildirib.
Xural.com