Məmməd İsmayıl Rüfət Səfərovdan yazdı

məmməd ismayıl

Tanınmış şair Məmməd İsmayıl Eldar Sabiroğlunun Zərdab rayon prokurorluğundan istefa verən müstəntiq oğlu Rüfət Səfərovdan yazıb. Facebook səhifəsində yazılan statusda gənc müstəntiqin örnək davranışından bəhs edən Məmməd İsmayılın bu yazısını xural.com olaraq olduğu kimi dərc edirik. Məmməd İsmayıl yazır:

“Bu davranışınla sən bir ata-ananın yox, əzilən, insani hüquqları yerlə bir edilən xalqın, haqqın oğlusan, RÜFƏT BƏY! Bu addımı, hem de “gəlirli” prokurorluq orqanlarında işləyə-işləyə atmaq əyrilik mühiti içində qəhramanlığa bərabər bir işdir! Halal olsun sənə! Sənin statusunda olan kimsə bunu etməli, hayqırmalı idi. Heç nəyin fikrini çəkmə, işsiz qalıb başım çəkdiyindən bilirəm, sonu yaxşı olacaq, haqq gec də olsa, öz yerini tapacaq, yetər ki, vicdanın üsyanından azad olasan. Sənin üsyan bayrağını qaldırdığın hər şeyin, amma hər şeyin səbəbkarı olan indiki iqtidar nəinki mənə, hətta övladlarıma da haqqı müdafiə etdiyimə görə vətənimizdə qalıb çalışmağa imkan TANINMADI. ADU-nun hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən qızıma hətta vəkil işləməyə belə imkan vermədilər. Əllərindən gələn bu idi, amma müdafiə etdiyimiz, tərəfində olduğumuz haqq sonunda mənə də, övladlarıma da az da olsa meydan açacaqdı… Bir daha təkrarlayıram, eşq olsun sənə və damarında əyriliyə qarşı üsyan edən qana! Və mən inanıram ki, ölkənin pisi yaxşıdan seçməyi bacaran gəncliyi günün birində səsini səsinə qatıb yüksəldəcək və haramlıq içində boğulan nə Tanrısal yasalara, nə toplumsal qanunlara məhəl qoymayan bu murdar iqtidarı süpürüb tarixin ziblliyinə atacaq! Bu gün ölkənin pulundakı devalivasya əslində dövranına az qalmış hakimiyyətin devalivasyasıdır!!!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button