Rubrikalar: KÖŞƏ YAZARLARI XuralTAC

Məmməd niyə soğan əkmir, nəşə çəkir?

Seymur Verdizadə
Rayonumuz işğal olunanda mən Türkiyədə təhsil alırdım. Başlarına hansı faciənin gəldiyini dərk etməyə çətinlik çəkən valideynlərim Bakıda qəzalı vəziyyətdə olan bir yataqxananın darısqal otağında məskunlaşmışdılar. İş tapa bilmədikləri üçün vaxtlarını kənddən gətirdikləri sınıq-salxaq televizorun qarşısında keçirirdilər. Beş ay sonra tətilə gəldiyimdə atamla görüşərkən onun ovcundakı qabarlar əllərimi daladı. Atam ötən müddət ərzində əlini ağdan-qaraya vurmasa da, agır kənd həyatının nişanəsi olan qabarların izi hələ də qalırdı…
O vaxt ağzımızdan süd iyi gəlsə də, biz də valideynlərimiz kimi erkən oyanır, həyət-bacada bir işin qulpundan yapışırdıq. Beş yaşım olanda baramaqurdunu yemləmək üçün ağzına qədər yarpaqla dolu olan at arabasını kəndin ayağında yerləşən tut bağından həyətimizə özüm gətirirdim. Babam 9 yaşıma çatanda mənə ot biçmək üçün ayrıca dəryaz düzəldəcəyini deyirdi. Onun ömrü buna vəfa etməsə də, mən kəndi tərk etdiyim 17 yaşıma kimi bir gün də zəhmətsiz yaşamadım. Dəryazın ağzından yenicə keçirdiyim təzə otu qucaqlayıb ala inəyin qabağına tökəndə, elə bilirdim ki, dünyanı mənə bağışlayırlar.
Sosial bərabərsizlik o vaxt indiki kimi qabarıq şəkildə nəzərə çarpmırdı. Torpaq ona doğru əyilən, onun nazını çəkən heç kimi ac qoymurdu. Bizim kənddə kasıb adam yox idi. Uca Allah əziyyət çəkən hər kəsə bol ruzi verirdi. Rüşvətxorlar, müftəxorlar indiki kimi yağ-bal içində üzmədikləri üçün zəhmətsiz gəlir əldə etmək heç kimin ağlına gəlmirdi. Hamı uşağını zəhmətə alışdırırdı. Həm də çox erkən yaşlarından…
Bakıdakı aparıcı məktəblərin birində sinif müəllimi işləyən qohumum həmişə valideynlərdən narazılıq edir. Bu yaxınlarda belə demişdi: “Altı-yeddi yaşlı uşaqların çoxu təbii ehtiyacını sərbəst şəkildə ödəyə bilmir. Bu yaxınlarda oğlanlardan birini tualetə apardım. Uşaq əlini belinə qoyub, gözümün içinə baxırdı. Soruşdum ki, ay bala, kimi gözləyirsən? Dedi ki, müəllim, şalvarımı həmişə anam aşağı çəkir. Valideynlər uşaqları tənbəl böyütdükləri üçün gələcəkdə faydalı bir işin qulpundan yapışa bilmirlər”.
Nəinki bənna, dülgər, qaynaqçı kimi çətin peşələr, hətta papaqçı, dərzi, boyaçı kimi ağır fiziki əmək tələb etməyən peşələr də son illər zəif inkişaf edir. Şalvarını aşağı çəkə bilməyən uşaqlar gələcəkdə ali təhsil almayanda işsiz-gücsüz adamlara çevrilirlər. Küçədə-bazarda qarşıma çıxan gənclərin çoxu məndən onları hansısa şadlıq evinə ofisiant düzəltməyi xahiş edir. Müştərinin qabağından qayıdan kababın qoxusu çoxlarının burnunu qıcıqlandırır…
Gənclərin əməyə maraq göstərməməsinin tək səbəbi tərbiyə işinin düzgün qurulmaması deyil. Şərtlər o qədər ağırdır ki, Məmməd gecəsini gündüzünə qatıb soğan əksə də, il başa çatanda əlində-ovcunda qəpik-quruş qalır. Buna görə də əksər həmyaşıdları kimi Məmməd də tarlasını Allahın ümidinə qoyub, Bakıya üz tutur. Bakıətrafı qəsəbələrdə darısqal və rütubətli kirayə evlər Məmməd kimi minlərlə gəncin sığınacaq yerinə çevrilib. Günlük 10-15 manat qazancın müqabilində aldığı ucuz Gəncə arağı, 200 qram kolbasa və əl boyda çörək Məmmədi müvəqqəti də olsa xoşbəxt edə bilir…
Paylaş:

This post was last modified on 26 Mart 2019 1:55 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

“Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq”-ŞOK

İlham İsmayıl Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq və Qarabağı təslim edəcək... Azərbaycan parlament seçkilərinə hazırlaşır. Ermənilər…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Tural Abbaslı və Pənah Hüseyn “Siyasət meydanında”: “Seçkilərə kimlər gedir?..”-VİDEO

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və AĞ Partiyanın sədri Tural Abbaslı 09 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Zəlimxan Məmmədli “Siyasət meydanı”nda: “Müxalifət birləşə bilmir”-VİDEO

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli 09 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

10 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Moderator.az saytına qısa müsahibə verib. Müsahibəni xural.com oxucuları üçün təqdim…

8 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Ümid Partiyası seçkilərdə iştirak qərarı verdi-72 namizədlə

Ümid Partiyası 09 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərində iştiraka qərar verdi. 07 dekabr 2019-cu ildə…

7 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada bir ilkə imza atdı

Azərbaycanlı cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada ilkə imza atıblar. Publika.az xəbər verir ki, cərrahlar Mərkəzi Gömrük Xəstəxanasında keçirdikləri eyni…

7 Dekabr 2019
Xural.COM