Məmur yaxınları Milli Məclis Aparatından qovuldu

Parlamentin rəhbərliyi dəyişəndən bugünədək onlarla nazir, icra başçısı və məmur övladı Milli Məclis Aparatından uzaqlaşdırılıb.

Bu barədə Milli Məclisdəki özəl mənbədən Musavat.com-a məlumat verilib.

Bildirilir ki, hətta buna görə parlamentin spikeri Sahibə Qafarovaya müəyyən təzyiq göstərilib. Lakin o, məmur övladlarına güzəşt etməyib. Ölkə rəhbərliyi də MM sədrinin bu qərarlarını dəstəkləyib.

Məlumatda bildirilir ki, bundan əvvəlki rəhbərliyin zamanında Aparatdakı vəzifələrə təyin olunmuş məmur övladlarından kimlər əmək intizamını pozurdusa, sayğısızlıq göstərirdisə, hamısı tutduqları postlarla vidalaşmalı olub.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button