“Mən Azərbaycan Xalq Hərəkatının üzvü deyiləm”

Musavat.com-un Facebook və Youtube.com üzərindən gerçəkləşdirdiyi canlı yayın verilişində bu gün Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü, Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu qonaq olub.

A.Şakiroğlu oxucu suallarına cavabda bildirib ki, AXH sıraları müxalifət liderləri ilə zəngindir. O, bu sırada Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin də adını çəkib və onun AXH üzvləri sırasında olduğunu bildirib.

Bu məlumatı dəqiqləşdirmək üçün musavat.com-un əməkdaşı P.Hüseynlə əlaqə saxlayıb. P.Hüseyn bildirib ki, ötən ilin 25 dekabrında siyasi partiyaların, ictimai-siyasi təşkilat nümayəndələrinin dəyirmi masasında iştirak edib: “Azərbaycan Xalq Hərəkatının yaradılması təşəbbüsü yanvarda irəli sürülüb. Mənim nə Xalq Hərəkatının yaradılmasında, nə də yaradılma təşəbbüsündə iştirakım olub. Üstəlik, təsisçisi və üzvü də deyiləm. Orda bizim dostlarımız da var, dostlarımız olmayanlar da…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button