Mənzil alacaq jurnalistlərin siyahısı Prezident Administrasiyasına təqdim olundu

MŞ21.06.2013

Mətbuat Şurasının sədri Əflatun Amaşov iyunun 21-də “Media forum” saytına deyib ki, Bakıda jurnalistlərə tikilmiş binadan mənzil almaq üçün redaksiyaların seçdiyi namizədlərin siyahısı Prezident Administrasiyasına göndərilib: “Hazırda namizədlərin təqdim etdiyi sənədlər yoxlanır.

Sənədlərin meyarlara uyğunluğu məsələsi müəyyənləşdikdən sonra bütün sənədlər Prezident Administrasiyasına veriləcək. Bəzi anlaşılmayan məqamlar redaksiya rəhbərliyi ilə müzakirə olunub. Ancaq sənədlərdə elə də ciddi çatışmazlıqlar aşkarlanmayıb”.

İyunun 15-də Mətbuat Şurası Bakıda jurnalistlər üçün tikilmiş binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciət edənlərdən sənəd qəbulunu başa çatdırıb. Şura üzvü olan 27 gündəlik, 35 həftəlik və aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button