Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə artırdı

Martın 29-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75 faizə, faiz dəhlizinin aşağı həddi 7, yuxarı həddi isə 9.75 faizə qaldırılıb. Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumatda bildirilir ki, qərar daxili, xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib: “İnflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir”.

Vurğulanıb ki, pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək.

Qərar 30 mart 2023-cü il tarixindən qüvvəyə minir. Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il mayın 3-də açıqlanacaq.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button