“Məryəm” beynəlxalq festivala çıxdı

Yayımlandı: 4 Sentyabr 2024 13:59

Tammetrajlı bədii filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğludur

Kinorejissor Elçin Musaoğlunun tammetrajlı bədii filmi “Məryəm” Türkiyənin “Altın Portakal” Beynəlxalq Film Festivalında yarışacaq.

“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmdə Məryəm obrazını Təhminə Rafaella, onun atasını isə Ayşad Məmmədov canlandırır.

Filmdə Ərtoğrul Kamal, Zaur Şəfiyev, Qəmər Məmmədova, Nürəddin Mehdixanlı da çəkiliblər.

Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Orxan Abbasov, rəssamı Zaur Abdullayev, bəstəkarı Azər Hacıəsgərli, prodüserləri Fariz Əhmədov, Suat Köçer və Elçin Musaoğludur.

Filmin istehsalçıları “Azərbaycanfilm”, TRT (Türkiyə), “Sinema Evi”, “Film Arası Yapım” (Türkiyə) şirkətləridir.

“Altın Portakal” Film Festivalı 2024-cü il oktyabrın 5-dən 12-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button