Məsciddə partlayışda azı 17 nəfər öldürülüb

Bu gün – yanvarın 30-da Pakistanın şimal-qərbi Peşavar şəhərində məsciddə partlayışda 17 nəfər həlak olub, 80 nəfər yaralanıb. Xəbəri AzadlıqRadiosunun “Maşal” xidmətinin müxbiri Azmat Ali Şah xəstəxanadan verir.

“Reuters” partlayışda 19 dindarın öldürüldüyünü, onlarla şəxsin yaralandığını bildirir.

Məscid polis binasının yaxınlığında yerləşir. Partlayış baş verəndə məsciddə 260 nəfərin olduğu deyilir.

“Moizə vaxtı baş verib. İkimərtəbəli bina dağılıb”, – partlayış vaxtı məscid yaxınlığında olduğunu deyən bir şahid yerli Geo TV xəbər kanalına danışıb.

Yerli xəstəxananın sözçüsü 19 nəfərin öldüyünü, azı 90 nəfərin yaralandığını, “xeyli adamın kritik vəziyyətdə olduğunu” söyləyib.

Polis dağıntılar altında qalanların olduğunu bildirir. Polis rəsmisi deyib ki, binanın bir hissəsi dağılıb və onun altında adamların qaldığı güman edilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button