Məşhur müğənni Eros Ramazzotti Bakıda konsert verəcək

Məşhur müğənni Eros Ramazzotti

İtaliyalı məşhur müğənni Eros Ramazzotti ilk dəfə olaraq Bakıda konsert proqramı ilə çıxış edəcək.

Xural.com  azertag.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunacaq konsert aprelin 27-də “Baku Crystal Hall”da keçiriləcək. Şou proqramda milyonların sevimlisi Eros Ramazzotti məşhur mahnıları ilə izləyicilərin qarşısına çıxacaq. Romantik balladaları özünəməxsus ifa tərzi ilə seçilən Eros Ramazzottinin Bakı konserti “Rerfetto” dünya turu çərçivəsində təşkil olunur.

Qeyd edək ki, musiqi albomları dünyada milyon tirajlarla satılan Eros Ramazzottinin 2015-ci ildə çıxan 13-cü “Perfetto” adlı musiqi albomu 38 ölkədə “Ən yaxşı 20-lər” sırasına daxil olub.

Özünəməxsus vokal imkanları, ifa tərzi Eros Ramazzottini uzun illər milyonlarla insanın sevimlisi kimi məşhur edib. Bu günədək 13 musiqi albomu işıq üzü görən Eros Ramazzotti 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib.

1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazzotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın “Debütantlar” nominasiyasında qalib olan Ramazzotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib.

Eros Ramazzottinin konsertləri hər bir zaman gözəl musiqi, zövq və unikal şou ilə seçilir.

Aprelin 27-də “Baku Crystal Hall”da keçiriləcək konsertin biletləri martın 26-dan satışa çıxaırlıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button