Mətanət İsgəndərlinin bacısı Elşad Abdullayevə cavab verdi!

 «Böhtan atmaq kişiyə yaraşan iş deyil!» 

“Azadlıq” qəzetinin dünənki sayında ABU-nun hazırda Fransada mühacirətdə olan keçmiş rektoru Elşad Abdullayevin prezident İlham Əliyevə məktubu dərc olunub. Məktub müəllifi ölkə başçısına müraciətində kifayət qədər konkret adlar çəkərək, onları qardaşının öldürülməsində ittiham edib. Məktubda müğənni Mətanət İsgəndərli və onun Təranə adlı bacısı, eləcə də yaxın ətrafı haqqında yazılıb: “Qardaşım Mahir Abdullayevlə bağlı cinayət, məkan və zaman etibarilə 13 oktyabr 2003-cü ildə müğənni Mətanət İsgəndərlinin mənzilində baş verib. Cinayətin icraçıları isə müğənni və bacısı Təranə, Sənan İbrahimov, Qulu Cəfərov, skripkaçı Asif, Mətanətin sürücüsü Teymur, prodüsseri Ələddin, mühafizə xidməti rəhbəri Fazildir. Hələ 2003-cü ilin yanvarında Akif Çovdarov Mahiri oğurlamaq istəyib. Belə ki, müğənni Mətanət İsgəndərli Sverdlovska konsertə gedərək Mahiri də ora dəvət edib. Mahir bundan şübhələndiyi üçün Moskva şəhərinə gələrək tələbə yoldaşı, FSB-nin polkovniki Nicatı da özüylə Sverdlovska aparıb. Nicatın işlədiyi yerdən ehtiyat edən Çovdarov Mahiri oğurlamır”. Bütün bu deyilənlərlə bağlı Mətanət İsgəndərli ilə əlaqə saxlayıb danışmaq, məktubda yazılanlara münasibət bildirməsini istədik. Müğənninin telefonuna məktubda adı hallanan bacısı Təranə xanım cavab verdi. O, Elşad Abdullayevin prezidentə müraciətindən xəbərsiz olduğunu bildirdi: “Bizim Elşad Abdullayevin nə yazmağından xəbərimiz yoxdur. Onun haqqında danışdığı hadisə 10 il əvvəl olub. Mətanət nə karədir ki, adam öldürə! İndiyə qədər haradaydı ki, bu barədə danışmırdı, indi xaricə qaçıb oradan yazır. Dövlət var, qanunları qoruyanlar var, əgər onun dedikləri həqiqət olsaydı, Mətanət indi azadlıqda olmazdı. Böhtan atmaq kişiyə yaraşan iş deyil. Qoy, Allahı bilsin, özü bilsin! Qadını şərləmək alçaqlıqdır!”

XuralTAC

“Xural”qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button