Mətbuat Şurası Əbülfəz Məlikovun “pulpaylayan”ı rolunda

Nazirlər Kabineti kərə yağı və süd məhsullarının idxal rüsumunun üç dəfə azaldılması barədə qərar qəbul edib. Qərara görə, 2017-ci ilin dekabrından bu məhsulların idxal rüsumu 15%-dən 5%-dək azaldılıb. Qərar 31 dekabr 2019-cu ilə kimi qüvvədə olacaq. İqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, rəsmi məlumatlara görə ölkəyə 1 kiloqram Yeni Zelandiya yağı 5 manat 34 qəpiyə idxal olunur. Rüsum endirildikdən sonra 1 kq kərə yağının qiyməti orta hesabla 63 qəpik ucuzlaşa bilər.

Mətbuat Şurasına 35 min, Kərimlinin mediasına 5 min- monopolist Əbülfəz Məlikov paket sistemini bərpa edib

O bildirib ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur. Bunun 85 faizi payına düşür.
Son aylarda ölkə mediasında və ictimaiyyət arasında geniş müzakirə olunan mövzulardan biri də kərə yağının qiyməti məsələsi oldu. Bu ərzaq məhsulunun birdən-birə hədsiz bahalaşması elə bir ajiotaj yaratdı ki, hətta işə dövlət başçısı özü müdaxilə etməli oldu. Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldıldı. Gömrük idxal rüsumlarının azaldılmasından sonra mütəxxəsislərin verdikləri açıqlamalarda kərə yağının yaxşı halda qiymətinin 10 faiz aşağı düşə biləcəyi vurğulandı. Bu isə əslində qiymətlərin cüzi aşağı düşməsi deməkdir. İqtisadçı ekspertin bu rəyi faktiki olaraq hazırda 18-20 manata satılan kərə yağının qiymətinin nə qədər şişirdildiyindən xəbər verir. Heç kəsə sirr deyil ki, problemin tək səbəbi yalnız yüksək rəsmi gömrük idxal rüsumu deyil. Kərə yağı da digər bir çox məhsullar kimi monopoliya altındadır və qiymət artımının əsas səbəblərindən biri həmin monopolistlərin bazara hökm etməsidir.

Mətbuat Şurasına 35 min, Kərimlinin mediasına 5 min- monopolist Əbülfəz Məlikov paket sistemini bərpa edib

“Yağın qiyməti niyə 18 manata qalxıb? İnsanları bu qədər sıxmaq olmaz axı…” Bu sözləri Milli Məclisin keçirilən iclaslarının birində deputat Çingiz Qənizadə deyib.
Bazarlardakı bahalaşma ilə bağlı çıxış edən deputat bunun dövlət tərəfindən nəzarətə alınmasının vacibliyini vurğulayıb: “Seçicilərim mənə sual verirlər ki, niyə ölkədə istehsal olunan malların qiyməti bəzən xaricdə gətirilənlərin qiymətindən bahadır? Mən buna cavab tapa bilmirəm. Həmçinin mənə deyirlər ki, nəyə görə yağın kiloqramı 18 manata çatıb? Səbəb monopolistlərdədir.”

Mətbuat Şurasına 35 min, Kərimlinin mediasına 5 min- monopolist Əbülfəz Məlikov paket sistemini bərpa edib

Qiymət artımının əsas səbəbkarlarından biri Əbülfəz Məlikovdur. Mediada yazılanlara, xaricdən məhsul idxal edən və ölkədən ixrac edən sahibkarların açıqlamalarına istinad edərək deyə bilərik ki, Əbülfəz Məlikovun başçılıq etdiyi “Trans Broker” MMC böhranın bu səviyyəyə çatmasının əsas səbəbkarıdır. Bu şirkəıt, onun gördüyü işlər, ölkəyə idxal etdikləri keyfiyyətsiz yağlar və sairə haqda kifayət qədər yazmışıq. Təkrara ehtiyac görmürük.

Sonolay.org olaraq qısaca qeyd edək ki, “Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-rəsmi nəzarət funksiyasını həyata keçirən və gömrük-keçid məntəqələrində inhisarçı oliqarxların maraqlarına uyğun iş adamlarını soymaqla məşğul olan, azad sahibkarlığın inkişafına birbaşa maneə funksiyasını həyata keçirən şəxs kimi tanınır. İş adamları və mətbuat nümayəndələri arasında o, daha çox “Broker Əbülfəz” kimi məşhurlaşıb.

Əbülfəz Məlikovun böyük biznesə müəmmalı bioqrafiyası olan iranlı şəriki Əhəd ağa vasitəsi ilə başlayıb. Əhəd ağa vaxtilə Bakı Dəmir Yolu Vağzalında xırda ticarətlə məşğul olan Ə.Məlikovun qüdrətli monopolistə çevrilməsində əsas rol oynayıb. Əhəd ağa isə 3 il öncə ləğv edilən “RoyalBank” Müşahidə Şurasının sədri Əli Cemin yaxın qohumudur. Azərbaycan KİV-də yayılan məlumatlarda hər iki şəxsin adı İran kəşfiyyatı ilə bağlı hallandırılır. Əhəd ağa ilə “Shams al Sahra FZJO” şirkətinin 50 faizinin payının məxsus olduğu Mənüçöhr Əhədpur Xənqanın əslində eyni adam olduğu bildirilir. Ə.Məlikov bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrilir. Onun “Royalbank” vasitəsilə İrandan çirkli pulların yuyulmasında fəal iştirakı barədə də məlumatlar var. Güman ki, ilkin kapitalı da məhz çirkli pulların yuyulmasından qazanıb. Ölkəyə idxal olunan bir sıra gündəlik tələbat mallarının, o cümlədən də, kərə yağı və avtomobillərin ehtiyat hissələrinin monopoliyası onun nəzarətindədir. Yanvarda bir çox mallara idxal monopoliyası ləğv edilsə də, Ə.Məlikov gizli himayədarlarının gücündən istifadə etməklə monopolist mövqeyini qoruya bilib. Məlumatlara görə, Bakıda biznesinə gözlənilən təhlükələri önləmək üçün Ə.Məlikov biznesinin əhəmiyyətli hissəsini və pullarını Moskvaya köçürüb. Ə.Məlikov və Əhəd ağanın bütün MDB, o cümlədən də düşmən Ermənistanda biznes əlaqələrinin olması barədə məlumatlar var.

Məlikov dövlətin düşmənləri ilə tək xaricdə əlaqə yaratmır.

Ölkə daxilində iqtidara qarşı radikal mövqedə olan partiyalarla xüsusi bağlantısı var. Daha dəqiq ifadə etsək, bu bağlantı həmin partiyaların mətbu orqanlarında Əbülfəz Məlikov və onun şirkəti haqda tənqidi yazıların getməməsi ilə bağlıdır.

Sonolay.org-a daxil olan məlumatda bildirilir ki, sonuncu belə anlaşma ötən ilin noyabr-dekabr aylarında olub. Konkret olaraq bir müxalifət partiyasının inhisarında olan mətbu orqanlarda tənqidi materialların çıxmaması üçün tərəflər görüş təyin edib. Görüş Mətbuat Şurasında baş tutub. Anlaşmada birbaşa rolu Əflatun Amaşov oynayıb.

Anlaşmaya görə Məlikovun adamları hər ay qarşı tərəfə 5 min manat ödəyiblər. Odur ki, son bir il ərzində şəxsən Məlikovun adı bu mətbu orqanlarda hallanmayıb.

Qaldı Mətbuat Şurasına… ötən saylarımızda Mətbuat Şurasının xüsusi dəstəyi ilə yaradılan bir QHT – “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi haqda yazmışdıq. Qeyd etmişdik ki, Bu birliyin rəhbəri Rəhim Hüseynzadədir və dəfələrlə QHT Şurasının qrant müsabiqəsində qalib olub. Görünür, həm reketçiliklə qazanıblar, həm də qrant çırpışdırıblar, amma məsələ bu deyil, əsas fakt odur ki, Rəhim Hüseynzadənin və onun rəhbərlik etdiyi “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi medianın “pul paylayanı” rolunda çıxış edir və Əbülfəz Məlikovun paket sistemini bu qurum həyata keçirir. “Təmtəraq”la yola salınan Rəhim Hüseynzadə (Mətbuat Şurasında bu işi həyata keçirən başqa bir şəxs də var. Onunla bağlı da yaxın günlərdə oxuyacaqsınız) böyük agentliklərdən tutmuş ən kiçik saytlara qədər hamı ilə anlaşıb. Deyilənə görə, paket sistemi 200-2000 min manat arası məbləğlər üzrə təklif edilir.
Mətbuat Şurasına 35 min, Kərimlinin mediasına 5 min- monopolist Əbülfəz Məlikov paket sistemini bərpa edib

Məlum yazıdan sonra Əbülfəz Məlikovun media ilə bağlanı quran adamı hüquq-mühafizə orqanları tərəfindən həbs edildi. Bu işlə bağlı hazırda istintaq gedir. Onu deyə bilərik ki, həmin andan Rəhim Hüseynzadə “yağlı mövqeyi”ni itirdi. Mətbuat Şurasına bağlantı quran yeni adam lazım idi. Məlikov zatən ifşa olunan rezidentinə əvəz tapmışdı. Amaşov da axtarırdı. “Trans Broker” MMC tərəfindən medianı susdurmaq üçün hər verilən 35 min manatı itirmək olmazdı. Rəhim Hüseynzadəni bir vaxtlar Mətbuat Şurasında kiçik vəzifəzi olan (bu vəzifə də deyil əslində, qapıçı işləyirdi-red) mediada “yeyib-içən, ürəkli oğlan”, ləqəbli şəxs əvəz etdi. Mətbuatda gedən bütün intriqalarda iştirak edən,”ingilis bayrağı” imici qazanmış bu şəxsin keşmiş bossu Rəhim Hüseynzadəni sevincək əvəz etməyə razı oldu. Və məlumatımıza görə paket sistemi yenidən bərpa olunub.

Yeni paket sisteminin bərpası və paylanışı haqda ətraflı araşdırmamızı yaxın günlərdə təqdim edəcəyik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button