Mətbuat Şurası Milli Teatr Günündə mahnı teatrında “tamaşa” keçirəcək

Martın 10-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi ali məclislə əlaqədar sənədləşmə işlərini yekunlaşdırmaq üzrədir. Onun sözlərinə görə, Mətbuat Şurasına üzv qurumların tədbirdə iştirak edəcək nümayəndələrinin siyahısı dəqiqləşdirilir. Eyni zamanda üzv təşkilatlar tərəfindən Mətbuat Şurasının İdarə Heyətində təmsil olunmaq üçün namizədlərin verilməsi prosesi də başa çatmaqdadır”,- Ə. Amaşov qeyd edib.

Ə. Amaşov qeyd edib ki, Azərbaycan jurnalistlərin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi fevralın 5-dən bu günədək üzv təşkilatlarla təmaslar qurub, müvafiq məlumatlandırma işləri aparıb, təşkilatların MŞ İdarə Heyətinə seçilmək üçün qurultayda adları səsvermə bülleteninə daxil ediləcək namizədlərlə bağlı anketlərinə cavablarını qruplaşdırıb: “Anketlərdə ən çox səs toplamış 24 jurnalist, 18 ictimaiyyət nümayəndəsi və 9 internet informasiya resursu təmsilçisi olan namizədin adının yer aldığı vahid seçki bülleteni tərtib ediləcək”,- Ə. Amaşov məlumat verib.

DGK-nın son oyunu və ERMƏNİSTANA AXIDILAN MİLYONLAR
“SOCAR Mikayıl”ın avtomobil əməliyyatı
“YPX üstümə silah çəkdi” – 102-yə müraciət
Aprel qazisi təhdid olunur – SUSDURMAQ İSTƏYİRLƏR (VİDEO)

Onun sözlərinə görə, indiyədək qurultayda iştirak etmək üçün 170 təşkilatdan 205 nümayəndə qeydiyyatdan keçib.
Qeyd edək ki, qurultayda Mətbuat Şurasının İdarə Heyəti formalaşacaq. Ə.Amaşov onu da bildirib ki, Mətbuat Şurasının İdarə Heyətinin tərkibinə seçilcəcək şəxslərin namizədlikləri ilə bağlı müraciət yekunlaşıb. “Hazırda Mətbuat Şurasında onlar ümumiləşdirilir. İdarə Heyətinin üzvləri jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən və internet resurslarının nümayəndələrindən formalaşır. İdarə Heyətinin üzvləri 17 nəfərdən ibarətdir. Bunlardan 8-i jurnalistləri, 6-sı ictimaiyyət nümayəndələrini, 3-ü isə internet informasiya resurslarını təmsil edir. Eyni zamanda 3 ehtiyat üzv də seçiləcək – 2-i jurnalistləri və ictimaiyyət nümayəndələrini, 1-i isə internet informasiya resurslarını təmsil edəcək”.

Xatırladaq ki, 10 Mart Azərbaycanda Milli Teatr günü kimi qeyd edilir. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyuldu. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.

Məlumat üçün bildirək ki, təşkil olunacaq tamaşada Əflatun Amaşov yenidən MŞ sədri seçiləcək. (24saat.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button