Mətbuatın şeyxi, yoxsa Seyxin mətbuatı

Aydın Canıyev

Başsağlığı əvəzi:

Hörmətli Şeyximizə bacısının və Şərif Əsədullayevə həyat yoldaşının vaxtsız vəfatı münasibətilə başsağlığı verir və dərin hüznlə kədərləndiyimi bildirirəm.

ƏLAVƏ: Ötən yazımda şeyx həzrətlərinin nələrdənsə xəbərsiz olmağına and içib inanmışdım ki, şeyx xəbər tutacaq. Fəqət… ailəyə üz verən kədər… məni inandırdı ki, digər nəsnələrlə bahəm, mənim yazdığımdan da xəbəri yoxdur. Olsaydı… yazıda haqlarında söz açdığımız mollaların indiyə “fatihəsi” verilmiş və indi yerlərində olmazdılar.

Ancaq əminliklə bildirim və şeyxin oxuduğu Qurani-Kərim kitabına, qıldığı namaza və tutduğu oruca yox, Ulu Tanrının Məhəmməd peygəmbərə nazil etdiyi ayələrə, 11 ayın sultanı Ramazana and olsun ki, şeyx onları cəzalandırmalı olacaq – lap iki gözünə dönsələr belə. Lap iftar süfrəsini cənab Prezident Onun evinə gəlib bir süfrədə açsa belə… Lap islam aləminin 6 şeyxi başına and içsə də! Niyə? Mən kiməm ki, bu iddiaya düşürəm?

Mənim kimliyim qalsın sonraya: Yaradan Aşurada “Allahın evi”ndə – məsciddə törədilən iyrəncliyi Ramazanın bitməyinəcən cəzasız qoymaz, handa ki, şeyx həzrətləri heç küçəsinin həndəvərində sərçənin uçmağına razı deyil, həyətini zibilləyər.

Digər tərəfdən, bu iddiaya ona görə düşməmişəm ki, şeyxin nüfuzuna xələl gəlsin, əksinə, istəyirəm ki, şeyx Lənkəranın nüfuzuna tabeçiliyində olanların gətirdiyi ləkələri yusun.

Şeyx BORCLUDUR tədbir görməyə – lap istəyir adımı “alkoqolik” qoysun! Əgər mən – “alkoqolik” bu həqarəti qəbul etmirəmsə, bəs onda islam dünyasının altısından biri, Qafqazın da qeyd-şərtsiz yek şeyxi niyə bunu istəməsin?

Məcburi izahat: Adamlar elə bilir, həmişə şeyx həzrətlərinin əleyhinə yazılan yazılara qarşı çıxmağımın nədəni olub və guya ki, bu, təmənnalı olub. Şeyxin rəhbəri olduğu idarənin məni məhkəməyə verməyi yaddan çıxmayıb. Nə mənim şeyx həzrətləri və əshabələrinin qarşısında öhdəçiliyim var, nə də onların mənim müdafiə xarakterli yazılarıma – şeyx həzrətləri Prezidentlə bir süfrədə oturur, ölkə başçıları ona mükafat verir. Fəqət bütün bunlar heç də o demək deyil və əsas vermir ki, bizlər baş verən naqisliklərə göz yumaq.

Biz aldıqlarımızın bədəlini ödəyə bilərik bu dünyada. Amma o dünyada şeyx ödəyə bilməz. Orada nəzir qutuları, tikinti şirkətləri və restoran-zad işlətməyə şərait yoxdu ki, kompensasiya edəsən.

SOS: İnana bilmirəm və inanmaq istəmirəm də ki… Şeyx həzrətləri bu nüansı bilmir!

Allahin səbri qırx ildi! Biz də… qırx gün gözləyərik – yəqin hüzndən çıxandan sonra bir əncam çəkər!

 

“Limpart”

Yazı “Xural”da dərc olunandan sonra Asəf İsgəndərov təcili Bakıya çıxıb – el arasında “bədxahları”n dediyi kimi, yəni: “gəl düş tasa!”

Üç-beş gündən sonra Lənkərana – işlətdiyi təhsil obyektinə qayıdan Asəf İsgəndərovun əhvalının turşməzəliyini “xeyirxahları” Seyfulla Əsədullayevin rəhmətə getməsindən kədərlənməyinə yozublar.

İstənilən halda: rus dili müəllimini həm prorektor, həm ingilis dili fakültəsinin dekanı, həm də fakültədə kafedra müdiri saxlamaq haqqını Asəf İsgəndərova tanımayacağıq. Ən azından ona görə ki, ətraf rayonlardan olan abituriyentlər adı universitet olmağına baxmayaraq, bərbad halda olduğuna görə xarici dil ixtisasını ayrı ali məktəblərdə seçmək məcburiyyətində qalırlar. Biz Kamranın ölkə, elm və iqtidar qarşısında heç bir xidməti olmadığını bilirik. Amma onun Asəf İsgəndərov qarşısında nə boyda xidmətləri olduğundan da xəbərdarıq. İnşaallah da ədalətin zəfər çalacağına nail olacağıq.

 

Tofiq İbrahimova teleqram əvəzi:

Məni qəbul edin!

Mən elə bilirdim Tofiq müəllim çox diqqətli adamdı – rayonda nə baş verir bilir: mənim zindeyi-zəndimə lənət. Başçının xəbəri yoxdu ki, “Xural” qəzetini nəinki həndəvərdə, hətta ətraf rayonlarda “hopstop”ediblər. Adam da maraqlanmayıb ki, bə bu qəzet gəlib niyə çıxmadı? Özü də mətbuat günü ərəfəsində.

Əlimərdan Əliyev bu dəfə də aldada bilib Sizi, Tofiq İbrahimov cənabları. Ötən mətbuat günündən bu mətbuat gününədək bir dənə belə normal yazı ortaya qoymayan (hətta Sizi tərifləyən yazı e!) İltifat Əhmədova 500 manat, oğlu Səbuhiyə 200 manat verməyiniz öz işinizdir: hökumətin pulu, Sizin pulunuz… eyni şey deyilmi? Özünüz bilərsiniz. Day keçən dəfə yazdığımı təkrarlamayacam ki! Əmbə… axı o məsləhətçini silkələmək olardı da. Eləmədiniz ki?!

 

Zəruri xatırlatma: Lənkəranın bir “eşşək” ayamalı narkoman başçısı vardı. Adam kimi dedik, alınmadı, xahiş elədik, alınmadı, yazı yazdıq, alınmadı. Axırda da “saat 12” məsələsini replika atdı. 14 yazı və bütün minnət-sünnət adama çatmayanda, gecə saat birin yarısında adamı yorğandan qaldırıb başa saldılar ki, orada işləməyə gedibsən, yoxsa…

Səhər əmri verildi. Fəqət 6 ay çəkdi. Bu da bir o qədər uzun çəkməz, zənnindəyik.

 

Son söz əvəzi: Mənim heç vaxt heç kimdən umacağım olmayıb. Hamı da hər şeyi özü təklif edib, hamının da təklifinə hörmətlə “razıyam” təbəssümünü ərməğan etmişəm!

 

Açması: Uzun müddət məni öz aralarında şeyxin mətbuat xidməti sayırdılar – CAVABI BU: özüm MƏTBUAT ŞEYXlərindənəm, neynirəm ŞEYXİN MƏTBUATını?

 

Cavabın ikincisi: Lənkəranda yaşamaq istəsəm də… Bəhruz Əfruzoğlu demişkən, İlahi mənə elə arqument verdi ki, istəməsəm də Lənkəranı tərk etməliyəm. İstənilən halda Bakıya qayıtmalıyam.

 

Cavabın üçüncüsü: Lənkəran Universitetinin ilk elmi katibi kimi həmişə buranın təəssübünü çəkmişəm, amma biriləri kimi iş üçün ölmürəm – universitetdən işə çıxmadığım üçün işdən çıxarılmışam. Yəni mən bir yerdə duran adam deyiləm.

Elə bilirəm ki, anlatdım: “Fiqaro tut, Fiqaro tam”.

Ramazan bayramınız mübarək. Həm oruc tutub yediyiniz haramları izal edin, həm də əməllərinizə redaktə edin. Elə bu da orucun bir üzüdür.

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button