Mədəniyyət və Turizm İdarəsində böyük pul yeyintiləri

Məlumat “Hesablama Palatası haqqında”  Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanmışdır.

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi (İdarə) tərəfindən ayrı-ayrı illər  üzrə büdcə  vəsaitinə olan tələbat  üzrə  proqnoz göstəriciləri  hazırlanarkən  maliyyə-təsərrüfat fəaliyyətinin  nəticələri  düzgün qiymətləndirilməmiş, bəzi xərclər  üzrə real  tələbat  və ötən illərin  icrası nəzərə alınmamış,  ayrı-ayrı təşkilatlardan  büdcə vəsaitinə olan  tələbat barədə  sifarişlər  tələb edilməmiş, həmçinin zərurət olmadığı halda  bəzi xərc maddələri üzrə dürüstləşmə  aparılsa da, artırılmış xərclərdən istifadə olunmamış, nəticədə icra ilkin  təyinatdan aşağı olmuş,  nağd vəsaitlərin uçotuna nəzarət edilməməsi səbəbindən  auditlə əhatə olunan  illərdə büdcədənkənar  vəsaitlər üzrə  daxilolmalar  müvafiq olaraq 27,3 %, 30,4% və 44,7% təşkil etmişdir.

Əməyin ödənilməsini tənzimləyən  normativ-hüquqi  aktların tələblərinə əməl edilməyərək  işçilərin tarif dərəcələrinin  düzgün müəyyənləşdirilməməsi, iş günlərinin  düzgün hesablanmaması, 0,5 stavka ilə işləyən  işçilərə   tam vəzifə maaşı ödənilməsi,  elmi dərəcələrə görə  vəzifə maaşlarına  əlavələrin düzgün  müəyyənləşdirilməməsi,  işdən azad edilən işçilərə  son haqq-hesabın  düzgün hesablanmaması, artıq dərs tarifləşdirilməsi hallarına yol verilmiş,  bəzi hallarda  tədris planında  nəzərdə tutulmuş  fənn saatlarının  tədrisi tam  təmin edilməmiş, bəzi mədəniyyət  evləri üzrə ümumilikdə 30 ştat vahidi artıq saxlanılmışdır.

Malların (iş və xidmətlərin) satın alınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın, eləcə də,  dövlət satınalmalarını tənzimləyən  digər qanunvericilik  aktlarının bəzi tələblərinə  bir sıra hallarda əməl edilməmiş, satınalmaların birbaşa müqavilə əsasında həyata keçirilməsinə razılıq alınsa da, alınmış razılıqdan artıq məbləğə müqavilə bağlanılmış, 2015-ci ildə 8 halda satınalma müqavilələrində nəzərdə tutulmayan mal-material alışı həyata keçirilmiş, vəsait satınalma metodu tətbiq edilmədən xərc edilmiş, 49 halda keçirilən satınalmalar  üzrə müqavilələrdə  nəzərdə tutulmayan malların alışı həyata keçirilmişdir.

Təşkilatlar  tərəfindən xüsusi vəsaitlər üzrə əldə edilən gəlirlər birbaşa müvafiq bank hesabına təhvil verilməmiş, təşkilatlardan nağd qaydada təhvil götürülsə də 42214,0 manat vəsait uçota alınmamış, təmir-tikinti işləri üzrə debitor borclar vaxtında bağlanılmayaraq  müqavilə şərtlərinə əməl edilməmişdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button