Məhəmməd Əminin büstünə torba keçirdilər

images04.02.2015

Bütün islam aləmində ilk müstəqil respublika quran, Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin Gəncə Şəhər Dəmiryolçular parkında qoyulan büstünə torba keçiriblər.

Diqqətinizə çatdıraq ki, Gəncə Şəhər Dəmiryolçular parkının təmirə ehtiyacı olduğu bir vaxtda, Dəmiryolçular parkında bizneslə məşğul olan bir şəxs “Şam Bağı” kafesi açmağa nail olub. Adını çəkdiyimiz “Şam Bağı” kafesi Məhəmməd Əmin Rəsulzadənin büstünün arxasında tikilib.

Kafe tikilməmişdən əvvəl büstə torba keçirilib.
Dəmiryolçular parkında Məhəmməd Əmin Rəsulzadənin büstünə torba keçirmələri artıq 3 ildən çoxdur. Bu barədə Gəncə İcra Hakimiyyətinə müraciət olunsa da, çox təəssüflər ki, cavab verilməyib. Əksinə, dolayı yollarla deyiblər ki, guya Dəmiryolçular parkında təmir gedir və heykələ zərər dəyməsin deyə ona torba keçirilib. Diqqətinizə çatdıraq ki, Dəmiryolçular parkında heç bir təmir getmir. Hansısa sahibkar pul qazansın deyə parkın mənzərəli yerində “Şam Bağı” kafesi tikib.

Məlumatı xural.com-a Gəncədə yaşayan oxucumuz Azər Allahverdiyev verib. Xəbərə aydınlıq gətirmək üçün etdiyimiz cəhdlər heç bir nəticə vermədi. Adı çəkilən qurumların mövqelərini də yaymağa hazırıq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button