Məhkəmə “Xural” qəzetinin redaktorunu həbsdə saxladı

Nəsimi rayon məhkəməsi “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz  Zeynallının həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməkdən imtina edib.

Bu haqda Əvəz Zeynallının vəkili Elçin Sadıqov məlumat verib. Bu günki  prosesdə Əvəz Zeynallının özü də iştirak edib. O, həbsi barəsində seçilmiş  qətimkan tədbiri ilə razılaşmadığını bildirib. Bundan başqa, o, təqsiri  olmadığını iddia edərək, həbs edilməsinin yeganə səbəbinin peşə fəaliyyəti olduğunu söyləyib.

Vəkil eyni zamanda Zeynallının girov müqabilində azadlığa buraxılması barədə  də vəsatət qaldırıb. Lakin hakim vəsatəti təmin etməyib. Vəkil hesab edir ki,  hakimin qərarı qanunsuzdur və tezliklə bu qərardan apellyasiya şikayəti veriləcək.

* Əvəz Zeynallı oktyabrın 28-də Nəsimi rayonunun qərarı ilə üç ay müddətinə  həbs olunub. Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət tələb etmə) maddələri ilə cinayət işi açıb. Zeynallı parlamentin deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. Hüquq müdafiəçiləri əldə etdikləri faktlara əsaslanaraq bu ittihamın saxta olduğunu bəyan edirlər.

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button