Məleykə Abbaszadə dilimizi bilmir?!-FAKT

Köşə kimi status

Əvəz Zeynallı

Dünən təsadüfən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin radioda müsahibəsinə qulaq asmalı oldum. Xanım danışdıqca məni təəccüb bürüdü. Onun danışığı sanki bizim doğma dilimizdə deyildi. O qədər ki, avtomobili dayandırıb Məleykə xanımın qeyri-adi sözlərini dəftərçəmə qeyd etməli oldum. Siz Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsini daşıyan Məleykə Abbaszadənin nitqindəki sözlərə diqqət edin: “sualıydır”, “keçirilirdir”, “tüşmürsə”, “imtahanıydır”, “hələm”, “azıydır”, “işdiyir”, “doqquzuydursa”, “sübutu oduydur”, “50 faiziydir”, “3 nəfəriydir”, “varıydır”, “uşaqların talehi”, “şagirdin imtahanda iştirak olmaması”, “necəydir”, “təsdiqləyə bilərdir”, “tətiliydir”, “Novruz bayramıydır”, “vaxtımız yoxuydur”, “1-ci iliydir”, “cədvəl çox sıxıydır” və s… Nəzərə alın ki, bu qədər sözü müsahibənin son 10-15 dəqiqəsində müşahidə etdim. Azərbaycan dilini bilməyən bir adam necə bu ölkənin minlərlə şagirdindən Azərbaycan dilindən imtahan götürə bilər? Bu xanımın 10-15 dəqiqəlik danışığı “2” qiymətə layiqdirsə, bu ölkənin pırıl-pırıl balalarından nə sorğu-sual edə bilər ki?! Bütün məmurlarımız bu gündədir. Dilimizi bilməyənlər bizi necə idarə edə bilər?! Şagirdlər Məleykə xanımın danışdığı kimi yazsalar, nə olacaq?..

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button