Mənə hakimiyyətdən təpkilər gələrsə Əvəz Zeynallı kartını da mən açıqlayacam

27.09.2012

Bu günlərdə Azərbaycanı qarışdıran video görüntüdən sonra siyasi qüvvələr və hakimiyyət tamamilə gözləmə mövqeyinə çəkilmişdir. Belə ki, insan oğurluğu ilə məşğul olan cinayətkar dəstənin hakimiyyətdəki qüvvələri Gülər Əhmədovanı habs etdirmək üçün prokurorluğa geniş təpkilər etməyə başlamışlar. Prokurorluqdan Gülər Əhmədovanın dindirilməsi ilə bağlı məlumata təkzib edilsədə bunun yalan məlumat olduğu  xüsusilə vurğulanmışdır. Qazeta Analitik İnformasiya Mərkəzinin MTN-dəki mənbəsindən alınan eksklyuziv məlumata görə, Gülər əhmədova Prokurorluqda prokurorluq əməkdaşları ilə yox MTN-nin yüksək rütbəli nazir müavinlərindən biri ilə görüşmüşdür. 2 saatadək davam edən görüşdən sonra deputat azad buraxılmışdır. Belə ki, Gülər Əhmədova görüşdə baş verən olaylara aydınlıq gətirilməsi üçün çağırılmış və onun Gürcüstandakı nazir kimi öz ərizəsi ilə deputat kürsüsündən istefaya getməsi tələb olunmuşdur və bunun tez bir müddət ərzində baş verməsi söylənilmişdir. Lakin Gülər Əhmədova görüş zamanı bildirmişdir ki, hazırda onun da bir sıra məqamlarla bağlı ictimaiyyətə açıqlayası çoxsaylı informasiyaları mövcuddur və Prokurorluqda ona qarşı həbs tədbiri seçilərsə bütün KİV orqanları bu məlumatları və faktları əldə edəcəklər. O da bildirilir ki, Gülər Əhmədovaya MTN-nin yüksək çinli zabiti tərəfindən onun erməniliyini sübut edən bir sıra arxiv materialları (bu barədə Qazeta AİM dəfələrlə yazmışdır) təqdim edilmişdir . MTN-nin apardığı araşdırmalarda Elşad Abdullayevin təqdim etdiyi videogörüntülərin saxta olmadığı sübut olunmuşdur. Görüş ərəfəsində Gülər Əhmədova ona hər hansı təpkilər və hakimiyyətdən  təzyiqlər olarsa Əvəz Zeynallı kartını tam açacağını və ictimaiyyətə bu barədə məlumat verəcəyini bildirib. Mənbəmizin bildirdiyinə görə, MTN şefinə bu məsələnin araşdırılması xüsusən Prezident tərəfindən tapşırılıb. Hal-hazırda Elşad Abdullayevin bütün qohumları nəzarət altındadır. Gülər Əhmədovaya isə ölkəni tərk etməmək tapşırığı verilib. Mənbəmizin sözlərinə əsasən bir neçə gündən sonra kütləvi həbslər başlayacaq.

Qazeta Analitik İnformasiya Mərkəzi

http://qazeta.com/2012/09/27/m%C9%99n%C9%99-hakimiyy%C9%99td%C9%99n-t%C9%99pkil%C9%99r-g%C9%99l%C9%99rs%C9%99-%C9%99v%C9%99z-zeynalli-kartini-da-m%C9%99n-aciqlayacam/

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button