MƏN BELƏMİ VƏTƏNDAŞAM ???

MİRZƏ SAKİT

Gördüm dünya çalxalanır, istədim ki, mən də coşam,
Gözləri kor, dili bağlı – Mən beləmi vətəndaşam ???

Sağda ölü solda ölü, donub qaldım mən bir anlıq,
Aman Allah, bu məmləkət başdan-başa qəbirsanlıq.
Ziyalının batilində zülmət dolu bir qaranlıq …
O zülmətdə gəzənlərlə mən nə dostam, nə yoldaşam,
Gözləri kor, dili bağlı – Mən beləmi vətəndaşam ???

İstəmirəm öz içində buxovlanan nə qardaşı, nə sirdaşı,
Haqsızlardan uzaqdayam, fərq eləməz ya yüz yaşı, ya bir yaşı.
Vətən üçün mən daş ollam, amma olmam qəbir daşı,
Meydanlarda düşmən üstə öndə gedən gur savaşam,
Gözləri kor, dili bağlı – Mən beləmi vətəndaşam ???

Haqq yoluyla gedənlər də yoldan çıxıb yolu dandı,
Çıxanlara yol göstərdik, göstərməkdən qol usandı.
Haqsız yolla öndə gedən Yapçı “Ali Komutandı” …
Arxasınca yuvarlanan nə ayağam nə də başam,
Gözləri kor, dili bağlı – Mən beləmi vətəndaşam ???

Xoflanmıram o qandaldan, qollarıma yaxın tutun,
Söylədiyim azad sözü, qandallanmış içinizdə udun, udun.
Cisminizi, ruhunuzu diri ikən ölmüş bilib, siz unudun,
Asimandan üstünüzə zərblə gələn ağır daşam,
Gözləri kor, dili bağlı – Mən beləmi vətəndaşam ???

Qalan varsa qalxın gedək döyüşməyə – Ərən varmı ?
Əsir qalıb o meydanlar, meydanlara girən varmı…
Mən əsgərəm, bir Komandir axtarıram – Görən varmı ?
Elə bil ki, torpaqlara gömülübdür, yoxdu Paşam,
Gözləri kor, dili bağlı – Mən beləmi vətəndaşam ???

Əlaqəli məqalələr

1 şərh

  1. Gördüm dünya çalxalanır, istədim ki, mən də coşam,
    Gözləri kor, dili bağlı – Mən beləmi vətəndaşam ???

    UREK PARAM PARCA OLUB
    DILSE YOXA CIXIB ÖLUB
    GEREKDIR KI BENDI AŞAM
    MEN KI AZAD VETENDAŞAM

    HANI SOZUN HANI SESIN
    ZAMAN SENI DE NEYLESIN
    GELECEYE YANDIRAG ŞAM
    GUNDUZUMUZ OLUB AXŞAM…

    BU TORPAGIN OVLADIYIG
    GOR NECE BIR VETENDAŞAM
    ELI BAGLI GUL OLMUHSUG
    MEN DE VARAM MEN DE YOXAM…

    Z.S.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button