“Mən niyə 13 aydır burdayam? Kim məni tutdurub?” – VIDEO

22.11.2012

Əvəz Zeynallı: “Mən illərlə Gülər Əhmədovaya normal adam kimi baxmışam. Sən demə bu qadın mafiyanın ən iri, ən nəhəng adamlarından imiş. Əzrayılla çilinc-ağac oynamışıq, özümüzün xəbəri olmayıb…”

 Hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi davam etdirilib. Prosesin əvəlində Ə.Zeynallı məhkəmə heyətini Ədliyyə işçilərinin bayramı münasibətilə təbrik edib. Ə.Zeynallı prosesin ilk dəqiqələrində bir daha G.Əhmədovanın məhkəməyə gətirilməməsilə bağlı etirazlarını bildirib və yenidən vəsatət qaldırıb: “Bu gün bütün mətbuat Gülərin prokurorluğa ifadə verməyə getdiyindən yazır. Bu adam sapasağlam vuruşur, hamıya hədə -qorxu söyləməkdə davam edir. Onu niyə məhkəməyə gətirtmirsiniz?”

Hakim R.Allahverdiyeva:

– Biz qərar qəbul etdik ki, onun istintaqda və məhkəmədə verdiyi ifadələrə hüquqi qiymət veriləcək. Onun məhkəməyə gətirdilməsi məsələsi qurtarıb…

Ə.Zeynallı:

– Xeyr, qurtarmayıb. Siz o qərarı qəbul edəndə onunla əsaslansırdınız ki, Gülər insult xəstəsidir, hətta telefonun dəstəyini götürməyə qadir deyil. Amma sonrakı günlər məlum oldu ki, bu adam sapasağlamdır və dör-dör cəngavərlər kimi döyüşür. Görün bu adam məhkəməni, dövlətin qanunlarını – hansı ki, onların qəbul edilməsində bu adam birbaşa iştirak edib –necə heçə sayır ki, həkimdən bir arayış belə məhkəməyə təqdim etməyi lazım görmədi. Bu adam siz qarışıq, dövətə “cəngavərcəsinə” meydan oxumaqda davam edir. Mən ona suallarımı hələ verməmişəm, onun cavablarını almamışam, siz bu cür qanunsuzluğa necə yol verirsiniz? İndi biz bu “xanım”la nə edək? Onda məni niyə tutmusunuz? Mən niyə 13 aydır burdayam? Kim məni tutdurub? Niyə şər-böhtan yuvası olan bu qadın qanunlara, dövlətə bu qədər hörmətsizlik edir?

Vəkil Rəşid Hacılı:

– Güər Əhmədovanın məhkəməyə gətirilməməsi məhkəmənin nüfuzuna ciddi təsir göstərəcək. O baxımdan onun məhkəməyə gətirilməsi təmin olunmalıdır. Bir daha çalışmaq lazımdır.

Ə.Zeynallı:

– Bir adamı professional cinayətkar şəbəkə öldürür, bitirir, başqa bir adamın adına qoyurlar. Ondan sonra prokurorluq, istintaq, məhkəmə obyektiv və oerativ araşdırma aparır və görürlər ki, ortada tamam fərqi şeyər baş verirmiş. İndi R.Mehdiyev “Xural” qəzetini öldürüb, günahı da Güərin boynuna atıb. Mən də burada sübut etməyə çaışıram ki, bu adam, şərxatadır, böhtançı və təhdidçidir. Bu adam bir ayağının üstündə durub yüz ylan danışır. Məhkəmə bunu görür. Hakim Ramela Allahverdiyeva bu adamla danışa bilmir. Zəng vurur, telefona Əhməd Şahidov cavab verir. Bu adamın yalanları bütün Azərbaycana bəllidir. Ya bunun ifadəsini işin içindən çıxarıb, ortaya mövqe qoyun, ya da mən burada təqsirləndirilən şəxs olaraq özümü sübut etməkdən yoruldum. Faktları sizə təqdim etmək məndən çox, Gülərin işidir. Sizdən bir daha xahiş edirəm, G.Əhmədovanın sizə və dövlətə meydan oxumasına imkan verməyin! Mən əminəm ki, Gülər Əhmədova Ramiz Mehdiyevin kabinetində oturub, məhkəmənin lent yazılarına baxıb gülür. Əgər siz bununla razılaşırsınızsa, mən qəbul etmirəm. Mətbuata müsahibə verir ki, bəyəm mən cinayət etmişəm. Bunun üçün R.Mehdiyev üçün 2 milyon dollar rüşvət almaq cinayət deyil. O zaman mən niyə burdayam. Mən ki, heç kimdən heç nə almamışam.

Daha sonra baş redaktor sərbəst ifadə verib: “Mənim yanıma tanımadığım, yad bir adam göndərə bilməzdilər. Yanıma mütləq normal münasibətlərdə olduğum adam göndərməli idilər ki, mənimlə görüşə bilsin. Gülər kimi…”, “İstintaq evimdən, işimdən, maşınımdan “külü miqdarda pul”, “iri karatlı brilyant”, “silah” axtarıblar. CPM-də müvafiq maddələr var ki, axtarış aparılarkən mənim orada iştirakım təmin olunmalı idi. Etməyiblər, tam qanunsuz şəkildə axtarış aparıblar, amma heç nə tapmayıblar. O zaman məndə sual yaranır – bu şeylərin olması haqda yanlış məlumatı istintaqa kim verib? O adamlar yalan məlumat verdikləri üçün cəzalandırılıblarmı?”, “Azərbaycan mətbuatının 99 faizi evə və inomarka maşına cəmi 10 dəqiqədə sahib olublar. Açarları verib, dillərinə sahib durublar. Mən isə 10 ilə ev tikmişəm, onun şəkillərini istintaq adamları bir-bir idarəyə çağıraraq göstərib, təhdid edib ki, baxın nəyi var, siz də deyin ona rüşvət vermişik. O adamların ən zəifləri belə bura gələndə mənə rüşvət verdiklərini demədilər…”, “Həbs olunandan sonra mənim müdafiə imkanlarımın qarşısı Əli Həsənov tərəfindən alınıb…”, “Kollektivim, ailəm Gülər Əhmədova tərəfindən, “gərək beyinlərinə güllə dayayaydım?”kimi təhdidlərlə üzləşib”, “Həbsimdən 1 həftə əvvəl mənə dedilər ki, bu günlər bir jurnalisti həbs edəcəklər, birini də öldürəcəklər. Ehtiyyatlı ol! Mənim həbsimdən az sonra Rafiq Tağı öldürüldü…”, “Ötən müddət ərzində məlum oldu ki, Ramiz Mehdiyevin dəstəsi – Gülər də daxil olmaqla adam oğurluğu ilə məşğul olublar. E.Abdullayevin bu gün yayımladığı kasetlərdə bütün bunlar açıq şəkildə görünür…”, “Mən illərlə Gülər Əhmədovaya normal adm kimi baxmışam. Sən demə bu qadın mafiyanın ən iri, ən nəhəng adamlarından imiş. Əzrayılla çilinc-ağac oynamışıq, özümüzün xəbəri olmayıb…”, “Ramiz Mehdiyev “Xural”ı məhv etmək, susdurmaq naminə məhkəməyə verdi, görəndə ki, alınmır, məni şərləyib həbs etdirmək yoluna əl atdı…”

Sonda Əvəz Zeynallı “Mən bütün şüurlu ömrümü rüşvət və korrupsiyaya qarşı mübarizəyə həsr etdim. Mən kimlərdənsə rüşvət istəyə bilərdimmi? Ona görə bu hakimiyyət məni rüşvət ittihamları ilə həbs etdirdi ki, mən bilim, dərk edim ki, nəyə görə burdayam”- deyib.

Baş redaktor bu günkü prosesdə 101 səhifədən ibarət sərbəst ifadəsini başa çatdırıb.

Proses noyabrın 28-də, saat 10.00-dan 18.00-dək Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək.

Xatırladaq ki, Əvəz Zeynallı baş redaktoru olduğu “Xural” qəzetinin gündəlik nəşrinə başlarkən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamında olan bir qrup məmur “Xural” qəzetinin nəşrinin dayandırılması üçün bütün qüvvlərini səfərbər ediblər. İstədiklərinə nail olmayan R.Mehdiyev baş redaktoru saxta ittihamlarla həbs etmək qərarına gəlib və parlamentə təyinatını verdiyi Gülər Əhmədovanı baş redaktora şər atmağa sövq edib və G.Əhmədovanın saxta ittihamları ilə, ortada heç bir rüşvət faktı olmadan  Əvəz Zeynallı CM-in 311.3.3 və 311.3.4 maddələri üzrə şantaj yolu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edilib. Məhkəmə R.Mehdiyevin siyasi sifarişini həyata keçirdiyi təqdirdə, hazırda 13 aydır ki, istintaq və məhkəmə araşdırması altında həbsdə saxlanılan Ə.Zeynallı daha bir neçə il müddətinə azadlıqdan məhrum ediləcək.

Dünya ictimaiyyəti, beynəlxalq insan haqları və jurnalist təşkilatları, o cümlədən Avropa Şurası İnsan Haqları Komitəsi Əvəz Zeynallının peşə fəaliyyətinə görə həbs olundugunu və ona görə də “vicdan məhbusu” olduğunu qəbul edərək,  dərhal həbsdən azad olunmasını tələb edirlər.

Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan haqları komitəsi 2012-ci il iyunun 26-da alman deputat Kristofer Ştrasserin “siyasi məhbus”lara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini 02.07.2012 tarixində qəbul edib. Qətnamə layihəsində Azərbaycan hakimiyyəti hazırda həbsdə olan 89 siyasi məhbusu azad etməyə çağırılır. Hazırda 17 nəfərin azad olunduğu məlum siyahıda Əvəz Zeynallının da “siyasi məbus” olaraq həbs olunduğu qeyd edilib.

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.

http://gozetci.az/index.php?option=com_content&view=article&id=1831%3Amhkmd-vz-zeynall-il-prokuror-arasnda-qalmaqal-ba-verdi&catid=50%3Amanet

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button