Mənsimovun dənizçiləri: “Bizi girov saxlayırlar…

Azərbaycanlı gəmiçilik maqnatı Mübariz Mənsimovun donanmasından bir-birinin ardınca dənizçilərin etirazları barədə xəbərlər gəlir. Virtualaz.org xəbər verir ki, ötən ilin dekabrından bu yana “Palmali”nin iki tankeri Estoniyanın paytaxtı Tallinin limanında ilişib qalıb. Gəmilərin heyət üzvləri deyirlər ki, artıq 7 aydır maaş almırlar və “Palmali”nin Türkiyədəki baş ofisi onların çoxsaylı müraciətlərinə cavab vermir.

“Bozdağ” adlı tankerin heyət üzvləri deyirlər ki, gəmi ötən ilin sonlarında təmir iləri üçün limana yan alıb. Amma təmir  işləri aparılsa da “Palmali” limana olan borcunu ödəməyib. O cümlədən heyət üzvləri sonuncu dəfə  ötən ilin dekabrında maaş alıblar. Gəmilərdə cəmi 15 dənizçi var, onlar Rusiya vətəndaşlarıdır. “Biz özümüzü girov kimi hiss edirik, “Palmali” şirkətinin borcuna görə burada girov qalmışıq, aclıq aksiyasına başlamağa hazırlaşırıq”-dənizçilər DELFİ agentliyinə bildiriblər.

“Palmali”nin bu ilin fevralından Danimarka limanlarından birində borca görə saxlanılmış “Natiq Əliyev” tankeri isə nəhayət azad oluna bilər. Danimarka KİV-lərinin xəbərlərinə görə “Palmali” şirkəti elektron poçtla Nəqliyyat İşçilərinin Beynəlxalq Həmkarlar Təşkilatının Danimarka nümayəndəliyinə məktub göndərərək limana və dənizçilərə olan borcların gələn həftə ödəniəcəyini bildirib. Həmkarlar təşkilatının müfəttişi Morten Bax bildirib ki, borclar ödəniləndən sonra tanker gələn həftə yoluna davam edə biləcək. Tankerin heyət üzvləri mart ayından bəri maaş almır.

Xatırladaq ki, bu günlərdə “Palmali”nin 4 tankeri də Rusiya limanlarında maaşlarını aylardır ala bilmədiklərinə görə aclıq aksiyası keçirmişdilər. Bu məsələ ilə bağlı səs-küy qalxandan sonra “Palmali” dənizçilərin pullarını ödəyib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button