Mənsimovun daha bir “törəməsinin” 2.3 milyardlıq borcu üzə çıxdı

Rusiyanın Rostov şəhərində qeydiyyatdan keçmiş və Türkiyədə fəaliyyət göstərən “Palmali” qrupuna daxil olan “Palmali” MMC şirkətinin müflisləşməsi işinə daha bir şirkət cəlb olunur. Virtualaz.org xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Müflisləşmə üzrə Məlumatların Vahid Federal Reyestrinə istinadən yazıb.

Məlumatda deyilir ki, “Palmali” MMC-nin törəmə şirkəti olan “Palmali Xəzər Dəniz Layihələri” MMC-nin 2.3 milyard rubl borcunun yarandığı üzə çıxıb. Kreditorun bəyan etdiyinə görə bu borc ona görə yaranıb ki, “Palmali” MMC-nin törəmə şirkəti “ana” şirkətə 2015-2018-ci illərdə borc verib. Başqa sözlə, Mənsimovun bir şirkəti kredit kimi götürdüyü vəsaiti başqa şirkətinə borc verib.

“Palmali Xəzər Dəniz Layihələri” MMC 2012-ci ildə Rostovda 419 milyon rubl nizamnamə kapitalı ilə yaradılıb. Müəssisənin baş direktoru Oqtay Babayevdir. 2016-cı ildə müəssisə 947 milyon rubl gəlir götürüb. Şirkətin səhmlərinin 100 faizi “Palmali” MMC-yə məxsusdur.

Xatırladaq ki, “Palmali” MMC-nin müflisləşməsi prosedura 2017-ci ilin oktyabrında başlayıb. Hazırda şirkətin kreditorlarının sayı 40-dan çox hüquqi və fiziki şəxsdir. May ayında məhkəmə şirkət üzərində müşahidə prosedurunu işə salıb və ona müvəqqəti idarəçi təyin edib.

“Palmali” MMC-nin borclarının həcmi onun cəmi aktivlərinin dəyərindən böyükdür və şirkətin müflis elan edilməsi, nəticədə aktivlərinin müsadirə edilib satılması qaçılmaz görünür. Mübariz Mənsimovun Türkiyədə də böyük borclarının yarandığı məlumdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button