Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən neftçilərin son vəziyyəti və diaqnozları bəlli olub – YENİLƏNİB – SİYAHI

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən neftçilərin son vəziyyəti və diaqnozları bəlli olub - YENİLƏNİB - SİYAHI

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində təxliyyə olunanlardan 31 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib.
Xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev APA-ya bildirib ki, xəstələrdən 22 nəfərə ilkin tibbi yardılm göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
“8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Vəziyyətləri qənaətbəxşdir. Onların müalicələri davam etdirilir” deyə, baş. həkim bildirib.
H.Yüzbaşıyevin bildirdiyinə görə, yanıq xəsarətləri ilə daxil olmuş bir nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib.
Stasionara qəbul olunan xəstələrin siyahısı və diaqnozları:
Rəcəbov Mərdan-qabırğa sınığı
 
Məmmədov Allahverdi-bazunun sınığı
 
Əliyeva Məlahət-bel fəqərəsinin sınığı
 
Hüseynov Rəşid-kəllə beyin silkələnməsi
 
Abbasov Mais-alın nahiyyəsinin kəsilmış, cırılmış yarası
 
Əliyev Ənvər-alın nahiyyəsinin burun göz altı yarası
 
Cəfərov Faiq-hipotermiya,başın yumşaq toxumaların əzilməsi
 
Orucov Atakişi-hipotoniya,yumşaq toxumaların əzilməsi
***
19:58
“Günəşli” yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Bu barədə  xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev məlumat verib.
Baş həkimin sözlərinə görə, artıq 20 nəfər xəstəxanaya yerləşdirilib.
“Onların vəziyyəti stabildir və daim nəzarət altındadır” deyə baş həkim bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağında yanğın baş verib. Məlumata görə, yanğın baş verən özüldən 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button