Məşhur Rokfeller ailəsi neft bazarından çıxır

 

 

 

From left: Stephen Heintz, President of the Rockefeller Brothers Fund, Valerie Rockefeller Wayne, the chair of the fund, and Steven Rockefeller, a son of Nelson Rockefeller and a trustee of the fund, in New York, Sept. 16, 2014. The family whose legendary wealth flowed from Standard Oil is planning to announce on Monday that its $860 million philanthropic organization, is joining the divestment movement that began on college campuses. (Hiroko Masuike/The New York Times)
Neft sənayesinin formalaşmasında mühüm rol oynayan məşhur Rokfeller ailəsi kömür, neft-qaz və karbohidrogen ehtiyatlarına yönələn sərmayələrini geri götürəcəyini açıqlayıb.

Azertag.az “Rockefeller Family Fund”a istinadla xəbər verir ki, fond ekoloji faktorları və iqlim dəyişikliyini əsas götürərək neft şirkətlərindəki səhmlərini satışa çıxaracaq.

Con Devison Rokfellerin XIX əsrdə qurduğu “Standard Oil” şirkətində, bugünkü adı ilə “ExxonMobil”də Rokfeller Ailə Fondunun sahibi olduğu səhmlər isə yaxın zamanda satılacaq.

Qeyd edək ki, 1870-ci ildə qurulan “Standard Oil” şirkəti XX əsrin əvvəllərində neft sənayesinin ən güclü aktyoru olduqdan sonra ABŞ Konstitusiya Məhkəməsinin qərarı ilə daha kiçik şirkətlərə bölünüb. Yaradılan “Standard Oil of New Jersey” şirkətinə “Exxon” adı, “Standard Oil of New York”a isə “Mobil” adı verilib. Bu iki şirkət isə 1999-cu ildə birləşərək “ExxonMobil” olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button