Mətanət İsgəndərlinin 3 mərtəbəli dəbdəbəli villasını sökdülər (FOTO)

Əməkdar artisti Mətanət İsgəndərlinin villası sökülüb. 

BAKU.WS xəbər verir ki, məşhurun Nizami küçəsi 3-də yerləşən üç mərtəbəli villası səhər saatlarında sökülüb.

Həmin ərazidə digər yaşayış obyektin inşası ilə əlaqədər əməkdar artistin evi sökülüb.

Mətanət İsgəndərli həmin mövzu ilə bağlı açıqlamasını almaq istəsək də, özünü onun yaxını kimi qələmə verən xanımın sərt reaksiyası ilə qarşılaşdıq. “Bizim çox işlərimiz və bayramla bağlı çəkilişlərimiz var. Belə məsələlərə aydınlıq gətirməyə isə bizim vaxtımız zamanımız yoxdur” deyə söylədi.







Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button