Mətbuat Şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi

Prezidentin köməkçisi savaşdan qalib çıxdığı barədə mesaj verir

Bu gün Azərbaycan jurnalsitlərinin VII Qurultayı keçirilir. Mətbuat Şurasının təşkil etdiyi tədbir Rəşid Behbudov adına Mahnı Teatrında keçirilir.

Bu gün martın 10-u Azərbaycan Prezientinin köməkçisi Əli Həsənovun ad günüdür. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdirinin bu gün 58 yaşı tamam olur. Az24.org-a daxil olan məlumata görə, Mətbuat Şurasının Qurultayının məhz bu tarixdə – Əli Həsənovun doğum günündə keçirilməsi təsadüfi deyil.

Bir müddət əvvəl mediada Əli Həsənovun “vurulması” müşahidə olunurdu. Xüsusilə, Turan infrmasiya agentliyinin rəhbəri Mehman Əliyevin müsahibəsində Əli Həsənov haqqında kifayətə qədər ciddi ittihamlar səslənmişdi. Həmçinin, qısa bir müddət ərzində bir sıra medai orqanalrında Əli Həsənov haqqında illər ərzində yazılmayan qədər tənqidi məqalələr dərc edildi. Media cameəsində bütün bunlar Əli Həsənovun “vurulmasına hazırlıq” kimi qiymətləndirilirdi. Bildirilirdi ki, hakimiyyət daxilindəki qrupun önəmli simalarından biri media nəzarət funksiyasını Əli Həsənovun əlindən almağa çalışır və onun mediada “vurulması”nın səbəbi də budur. Həta iş o yerə çatmışdı ki, “Azərbaycanda media siyasəti iflasa uğrayıb” tezisi altında Əli Həsənovun bostanına böyük-böyük daşlar da atılırdı.

Təbii ki, Əli Həsənov da boş dayanmır və əlində olan media resurslarından istifadə etməklər qarşı tərəfə “cavab atəşi” açmaqla yanaşı, müxəlif tədbirlərdə “Azərbaycanda media siyasəti iflasa uğrayıb” deyənlərə mesajlar verirdi.
Tərəflər arasında gedən informasiya “müharibəsi” artıq səngimiş kimi görünür. Ortaya çıxan isə odur ki, hələlik bu müharibədən Əli Həsənov qalib çıxıb.

Tərəflər arasında gedən informasiya “müharibəsi” artıq səngimiş kimi görünür. Ortaya çıxan isə odur ki, hələlik bu müharibədən Əli Həsənov qalib çıxıb.
Az24.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button