Mətbuat Şurası alətə çevrilib!

Hakimiyyət “Xural” qəzetinə növbəti və düşünülmüş təzyiq göstərir…

Klassik Xalq Cəbhəsi Partiyası son günlər “Xural” qəzetinin ətrafında yaranan vəziyyəti azad mətbuata növbəti və düşünülmüş basqı hesab edir.

Partiyanın mətbuat xidmətindən XuralTAC-a bununla bağlı bəyanat daxil olub. Bəyanatda bildirilir ki, “Xural” qəzeti nəşr olunduğu gündən azad və müstəqil mətbuat nümunələrindən biri olub: “Lakin hakimiyyətdəki bəzi qüvvələr, xüsusilə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ictimai-siyasi şöbənin müdiri Əli Həsənov azad mətbuatın olmasına qarşı fəaliyyətlərini davam etdirmiş və bu qəzetlə bağlı müxtəlif qeyri-qanuni qərarların çıxarılmasına nail olmuşlar. Bu fəaliyyətdə isə onların əlində Mətbuat Şurası xüsusi alətə çevrilmişdir. KXCP hesab edir ki, azad sözün və jurnalistlərin hüquqlarını qorumalı olan Mətbuat Şurasının dövlət məmurlarının himayəçisi və sifarişçisi rolunda çıxış etməsi təəssüfləndirici haldır. Ona görə də bütün demokratik ictimaiyyət bu rejimin əlində alətə çevrilmiş Mətbuat Şurasına qarşı laqeyd qalmamalı və bu kimi hərəkətlərə sərt təpki göstərməlidir”.
KXCP “Xural” qəzetinə qarşı olan bu təzyiqləri bir daha azad mətbuatı susdurmaq cəhdi kimi qiymətləndirir, qondarma ittihamların və məhkəmə qərarlarının ləğv edilməsini tələb edir, yerli və beynəlxalq ictimaiyyəti baş verənlərə qarşı adekvat addım atmağa çağırır.

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button