Mətbuat Şurası azad mətbuatın qatilidir

30.10.2012

Nərimanov rayon məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə keçən prosesdə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı iddiasına baxılıb. Zeynallının nümayəndəsi Zibeydə Zəkəriyyəyevanın baş redaktorun məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı vəsatəti təmin edilməyib. Hakim Əvəz Zeynallının fiziki şəxs kimi iddia qaldırdığını bildirib. Onun fikrincə, Ə.Zeynallının nümayəndəsinə verdiyi etibarnamə qəzetin adından olduğunu üçün hazırda həbsdə olan baş redaktorun məhkəmədə iştirakı təmin edilməyə bilər. Vəkil Z.Zəkəriyyəyeva məhkəmədə “Xural” qəzetinin baş redaktorunun özünün iştirakının vacib olduğunu, məsələyə mətbu yöndən baxılmağın zəruri olduğunu qeyd edib.

Hakim iddiaçının dəqiqləşdirilməsi üçün prosesi 13 noyabr saat 11:30-a təxirə salıb.

Xatırladaq ki, Əvəz Zeynallının həbsindən 1 ay əvvəl Mətbuat Şurası “Xural” qəzetinin qara siyahıya salınması ilə bağlı 19 sentyabr 2011-ci il tarixli qərar çıxararaq qəzetin nüfuzuna ziyan vurmağa çalışıb. Ə.Zeynallı PA rəhbəri Ramiz Mehdiyevin səlahiyyətində olan bir neçə məmurun 1 həftə içərisində “Xural” qəzetilə bağlı şikayətlə Mətbuat Şurasına müraciət etdiyini siyasi sifarişi hesab edib və MŞ-nın bu addımını azad mətbuatın susdurulması kimi dəyərləndirib. MŞ-na qarşı iddia qaldıran “Xural” qəzeti MŞ-nın qəzetlə bağlı qərarının qanunsuz hesab edilməsini və 22 sentyabr tarixli bəyanatında səsləndirilən fikirlərin qəzetin işgüzar nüfuzuna zərər vurduğuna görə təzminat ödənilməsini tələb edir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button